Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

PUTİN ŞOYQUNU SUALTI GƏMİ QƏZASINI ARAŞDIRMAĞA GÖNDƏRDİ –Rusiyanın "ən məxfi obyekt"ində nə baş verdiyi bilinmir

Rusiya prezidenti Vladimir Putin ölkənin müdafiə nazirini ölkənin şimalında sualtı gəmidə baş vermis faciəni araşdırmağa göndərib.  Sualtı gəmidə baş vermis yanğın nəticəsində 14 dənizçi həlak olub.

Yenixeber.org: Putin iyulun 2-də bu qəzanı “dəhşətli itki” adlandırıb və müdafiə naziri Sergey Şoyquya qəzanın səbəblərini yerində öyrənməyi tapşırıb.

Putin bundan başqa İstintaq Komitəsinə “faciənin arxasındakı səbəbləri dəqiqiliklə aşkar etmək” göstərişi verib.

Rusiyanın Müdafiə Nazirliyi bildirir ki, onun dərin su tədqiqatı gəmilərindən birində baş vermis yanğın nəticəsində heyətin 14 üzvü həlak olub.

Nazirlik iyulun 2-də məlumat verib ki, faciə iyulun 1-də gəmi Rusiyanın ərazi sularında tədqiqat işi apararkən baş verib.

Rusiyanın RBK xəbər agentliyinin hərbi mənbəyə istinadən verdiyi məlumatda deyilir ki, “Loşarik” AS-12 nüvə mühərrikli sualtı qayıqdır.

Rusiya Müdafiə Nazirliyi nüvə məsələsinin üstündən sükutla keçib.

“Loşarik” gəmisi ilk dəfə 2000-ci illərdə istismara veriləndə son dərəcə məxfi obyekt sayılırdı.

Bəzi mənbələrə görə, gəmi 2500 metr dərinə enməyə qabildir.

RBK bildirir ki, hadisə iyulun 1-də axşam saatlarında baş verib.

Norveç Radiasiya və Nüvə Təhlükəsizliyi Bürosunun direktoru Per Strand “Reuters” agentliyinə bildirib ki, Rusiya sualtı qayığının qəzaya uğradığı sahədə radiasiya səviyyəsinin yüksəlməsi qeydə alınmayıb.

Müdafiə Nazirliyi bildirib ki, dənizçilərin ölümünə səbəb yanğın məhsulu olan qazlardan boğulma olub. Gəmi okean dibinin biometrik ölçülərini götürürdü.

Rəsmilər bildirirlər ki, sualtı qayıq hazırda Barents sahilindəki Murmansk şəhəri yaxınlığında, Severomorsk dəniz bazasındadır.

Yanğının təhqiqatına başlanıb.

Xatırladaq ki, 2000-ci ildə Kursk atom sualtı gəmisinin batması nəticəsində 118 nəfərdən ibarət heyət həlak olmuşdu. Barents gəmisində qəza iki partlayışın baş verməsi nəticəsində olmuşdu.

Azadlıq Radiosu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam