Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

İki həftəyə 1 milyon miqrant Rusiyadan qaçdı

 

Rublun sürətlə ucuzlaşması keçmiş sovet respublikalardan olan miqrantların Rusiyadan kütləvi şəkildə qaçmasına səbəb olub.
"Xeberinfo.com":  Məlumata görə, İtaliyanın “La Repubblica” qəzeti özbəklərin, qırğızların və taciklərin Rusiya şəhərlərindən yoxa çıxdığını, nəticədə iri şəhərlərin iflic olduğunu yazır. Çünki Rusiya şəhərlərinin küçələrini zibildən təmizləyən, binaların damına yığılan qar təpələrini yığan və digər ağır işləri görənlər məhz onlar idi.
İndi onlar dəyərdən düşən rublun qarşılığında bu alçaldıcı əməklə məşğul olmaq istəmirlər.
Bildirilir ki, miqrantlar cəmi iki həftə ərzində sözün əsl mənasında Rusiyadan yoxa çıxıblar və indi qatı millətçi ruslar öz arzularının reallaşdığını görə bilərlər.
Dekabrın sonlarında, yanvarın əvvəllərində Rusiyanı 1 milyondan çox əmək miqrantı tərk edib, qalanları isə qaçmağa hazırlaşır.
Nəticədə Moskva sakinləri qəfildən ayılıblar ki, səkiləri buzdan təmizləyən yoxdur, evlərin damlarındakı tonlarla qarı da heç kim təmizləmir.
İqtisadi baxımdan daha kasıb olan Sankt-Peterburqda isə vəziyyət daha acınacaqlıdır. Meriya sakinlərdən xahiş edir ki, qarı öz güclərinə təmizləsinlər. Bu da vətəndaşlar tərəfindən məmurların ünvanına söyüşlərə gətirib çıxarır.
“Və bu, hələ başlanğıcdır. Miqrantların qaçması tikintilərin dayanmasına, mağazaların, restoranların, kiçik sexlərin bağlanmasına və nəticədə iqtisadiyyatın daha çox zərər görməsinə səbəb olacaq. Miqrantların kütləvi şəkildə Rusiyadan qaçmasının səbəbləri çoxdur. İlk növbədə bu, miqrantlar haqda qanunun sərtləşməsi, rublun dəyərdən düşməsi ilə əlaqəlidir” - deyə qəzet yazır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam