Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rusiyadan gələn pullarda kəskin azalma

Rusiya Mərkəzi Bankı bank köçürmələri yolu ilə bu ilin birinci yarısında MDB respublikalarına pul köçürmələrinin həcmini açıqlayıb.

Xeberinfo.com:  Mərkəzi Bankın məlumatına əsasən Rusiyada əmək fəaliyyəti ilə məşğul olan azərbaycanlı miqrantlar ilin ikinci kvartalının yekunlarına əsasən vətənə cəmi 203 milyon dollar göndəriblər.

Bu göstərici üzrə özbək miqrantlar liderdir, onlar göstərilən müddət ərzində Özbəkistana 696 milyon dollar göndəriblər. Sonrakı yerdə Tacikistan (495 milyon dollar), Qırğızıstan (487 milyon dollar) gəlir. Ermənistana isə Rusiyadan 179 milyon dollar daxil olub. Başqa sözlə, bütün MDB respublikalarına Rusiyadan göndərilən pullar kəskin azalıb. Müqayisə üçün qeyd edək ki, təkcə 2013-cü ildə özbək əmək miqrantları Özbəkistana 6.6 milyard dollar göndərmişdilər.

 

Rusiya Mərkəzi Bankının açıqladığı rəqəmlər bu ölkəyə qazanc dalınca gedənlərdən Azərbaycana daxil olan pulların dollar ekvivalentində ilbəil azaldığını göstərir. Belə ki, azərbaycanlı miqrantlar 2014-cü ildə vətənə 1.3 milyard dollara yaxın pul göndərmişdilər. 2015-ci ildə isə bu göstərici iki dəfə aşağı düşərək 650 milyon dollara yaxın olub. Bunun əsas səbəbi Rusiya rublunun dollar qarşısında kəskin dəyər itirməsi və bu ölkədə iqtisadi şərtlərin ağırlaşmasıdır.

Bu il isə belə görünür ki, azərbaycanlı miqrantların vətənə göndərdikləri pulun həcmi 400 milyon dollar həndəvərində olacaq. Lakin indiki azalmada rublun dəyərdən düşməsinin təsiri daha azdır. Çünki 2014-cü ilin sonunda rubl təxminən iki dəfə dəyər itirdikdən sonra əsasən sabitləşib və hazırda Rusiya milli valyutasının kursunda kəskin sıçrayışlar baş vermir. Azalmanın əsas səbəbi Rusiyadakı iqtisadi durğunluq və əhalinin gəlirlərinin kəskin azalmasıdır.

Doğrudur, Rusiyadan göndərilən pullar Azərbaycanın ÜDM-ində Tacikistan kimi az qala 50 faizlik paya malik deyildi, bununla belə azərbaycanlı miqrantların vətəndəki yaxınlarına göndərdikləri pullar əhalinin gəlirlərində hiss olunacaq rol oynayır. Bu baxımdan azalmanın Azərbaycan iqtisadiyyatında təsirləri də özünü göstərməkdədir...

Virtualaz.org



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam