Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Miqrantlar Rusiyadan kütləvi gedir

 

«The Moscow Times» qəzetində Gabrielle Tétrault-Farber Rusiyanı tərk edən miqrantlardan yazır.
"Xeberinfo.com":  Məlumata görə, 40 yaşlı Ibragim Ishankulov Düşənbəyə gedən qatarı gözləyir. O, Orta Asiyadan olan xeyli sayda fəhlədən biridir və Tacikistana birtərəfli bilet alıb. Rublun dramatik düşməsi, üstəgəl miqrantlar üçün qaydaların sərtləşməsi çoxlarının Rusiyada üzləşdiyi qeyri-qonaqpərvər şəraiti daha dözülməz edib.
«Burada işləməyimiz üçün bütün bu sənədlər və sığorta lazımdır. İlkin administrasiya xərci təxminən 292 dollardır. Aya 262 dollar qazanıram, necə qalıb işləyim burda?» – Ishankulov deyir.
Rusiya Miqrantlar Federasiyasının rəhbəri Mohammad Amin dekabrda deyib ki, ölkə miqrantlarının ¼-i getməyi planlaşdırır.
2014-cü ilin ikinci yarısında Rusiyanı 178 mindən çox tacik tərk edib. Həmin dövrdə Rusiyadan çıxan özbəklərin sayı 365 minə yaxındır. Ötən ay Rusiyada 100 min tacik, 2.2 milyon özbəkin qaldığı bildirilirdi.
Müəllif yazır ki, Rusiyaya gələnlərin sayı da kəskin azalıb. Yanvarın birinci həftəsində ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə 70 faiz az miqrant gəlib. (Azadlıq radiosu)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam