Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Honkonq lideri ilk dəfə aksiyaçılarla görüşəcək- Görüşün təhlükəsizliyini 3000 polis təmin edəcək

Kerri Lam ilk dəfə olaraq Honkonq hərəkatının nümayəndələri ilə görüşəcək.

Yenixeber.org: Şəhərdəki siyasi gərginliyi aradan qaldırmaq üçün ümumşəhər müzakirələri çərçivəsində baş tutacaq görüş bu gün axşam keçiriləcək.

Rəsmilər bildirib ki, 2 saatlıq görüşdə iştirak etmək üçün 20 000 müraciət arasından 150 nəfər lotereya vasitəsilə seçilib. Görüşdə iştirak edəcək şəxslərə qaz maskası, dəbilqə, çətir gətirmək qadağan olunub.

“Sizin fikir və mövqelərinizdən asılı olmayaraq, inanıram ki, Honkonqun maraqları üçün bizim ümumi məqsədimiz var”, – deyə Honkonq lideri Kerri Lam “Facebook” hesabında yazıb.

Stadionda keçiriləcək görüşün təhlükəsizliyini 3000 nəfər polis təmin edəcək.

Qeyd edək ki, Honkonqda etiraz aksiyaları 3 aydır davam edir. Muxtariyyət hökumətinin qanunları pozmaqda şübhəli bilinənlər və cinayətkarları Çin hakimiyyətinə təhvil vermək niyyəti Böyük Britaniyanın hakimiyyəti altında olmuş Honkonqda 1997-ci ildən sonra ən böyük kütləvi aksiyaların başlaması ilə nəticələnib. 1997-ci ildə Honkonqun geri qaytarılması müqabilində Çin bu ərazidə ən azı 50 il ərzində insan hüquqlarının, KİV azadlığının qorunacağı vədini verib. Müxalifət isə muxtariyyət hökumətini “bir ölkə, iki sistem” prinsipini pozmaqda ittiham edir. İyulun əvvəlində Honkonq administrasiyasının rəhbəri Kerri Lam Çinə ekstradisiya ilə bağlı qanun layihəsinin gündəlikdən çıxarıldığını bəyan edib. Sentyabrın 4-də isə qanun layihəsinin parlamentdən geri götürüldüyü bəyan edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam