Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Böyük Britaniyadan Çinə sərt xəbərdarlıq: "Bunun nəticələri ciddi olar"

Böyük Britaniya Çinə xəbərdarlıq edib.

Yenixeber.org:  Bu barədə Britaniyanın xarici işlər naziri Ceremy Hant deyib.

“Böyük Britaniya 1984-cü ildə bir ölkə iki idarə sistemini və honkonqluların azadlığını qoruyan beynəlxalq miqyasda məcburi xarakter daşıyan hüquqi razılaşma imzalayıb. Biz bu razılaşmanın da, honkonqluların da arxasındayıq. Əgər beynəlxalq səviyyədə məcburi olan hüquqi razılaşmaya hörmət qoyulmazsa bunun ciddi nəticələri olacaq”, – deyə Hant bildirib.

Britaniya xarici işlər naziri hakimiyyət orqanlarını aksiyaları represiyya üçün bəhanə kimi istifadə etməməyə, əksinə Honkonq vətəndaşlarının narahatlığının səbəblərini başa düşməyə çağırıb.

Qeyd edək ki, dünən Honkonqda yüzlərlə etirazçı parlament binasına soxularaq yerli administrasiyanın rəhbəri Kerri Lemlə danışıqlar aparılmasını tələb ediblər.

Aksiya iştirakçıları içəri daxil olduqdan sonra divarları qara rəngli boya ilə yazıblar, mebelləri və digər aksesuarları sındırıblar. Əraziyə, həmçinin çoxlu sayda polislər cəlb edilib və aksiya iştirakçılarından binanı tərk etmələri tələb olunub.

Tələb əməl olunmayınca polis gözyaşardıcı qazdan istifadə etmək məcburiyyətində qalıb. Polis tez bir zamanda yerli Qanunverici Şuranın binasını etirazçılardan təmizləyib və binaya nəzarəti gücləndirib.

Xatırladaq ki, təxminən bir ay əvvəl başlayan etiraz aksiyaları ekstradisiya haqqında qanun layihəsində dəyişikliyə qarşı keçirilir. Dəyişiklik təsdiqlənəcəyi halda şübhəli şəxslərin Tayvan, Makao və Çinə təhvil verilməsini nəzərdə tutur. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam