Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İlham Əliyevlə Kerri açıqlama verdi - FOTO

600@0 (1)

Prezident İlham Əliyevlə Con Kerri görüşdən sonra açıqlama veriblər. 

Xeberinfo.com:  ANS PRESS-in məlumatına görə, Kerri prezident İlham Əliyevi ABŞ-a səfər etdiyinə görə çox şad olduğunu deyib.
O bildirib ki, İlham Əliyevlə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli barədə də müzakirələr aparıb. Dövlət katibi deyib ki, ABŞ münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır.
Kerri həmçinin qeyd edib ki, regionda Azərbaycanın iqtisadi imkanları çox genişdir və Vaşinqton Bakı ilə əməkdaşlıqda maraqlıdır.

Preizdent İlham Əliyev isə Nüvə Təhlükəsizliyi sammitinə dəvət edildiyinə görə ABŞ prezidenti Barak Obamaya təşəkkür edib.
Prezident deyib ki, ABŞ-Azərbaycan münasibətləri uzun zamandır – 25 ildir ki, davam edir və münasibətlər səmimi şəkildə inkişaf edir. Dövlət başçısı bildirib ki, iki ölkə arasındakı münasibətlər strateji əhəmiyyət daşıyır.
Vaşinqtonda Azərbaycan prezidenti ilə ABŞ dövlət katibi Con Kerri arasında görüş başlayıb. ANS PRESS-in məlumatına görə, görüşdə müzakirə edilən məsələlər barədə hələlik açıqlama verilmir.
Azərbaycan prezidenti İlham Əliyevin ABŞ-a səfəri başlayıb. ANS PRESS-in məlumatına görə, dövlət başçısı Vaşinqtonda Nüvə Təhlükəsizliyi Sammitində iştirak edəcək.

Qeyd edək ki, İlham Əliyev bu gün axşam saatlarında ABŞ dövlət katibi Con Kerri ilə görüşəcək.Görüş Vaşinqton vaxtı ilə saat 14:00-da, Bakı vaxtilə saat 22:00-da başlayıb. Dövlət katibi Azərbaycan prezidenti ilə görüşdən sonra ABŞ prezidenti Barak Obama ilə görüşəcək.

Birləşmiş Ştatların paytaxtında keçirilən sammit martın 31-dən aprelin 1-dək davam edəcək. Sammit həmçinin Ermənistan prezidenti Serj sarkisyan da iştirak edir.
Daha əvvəl ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlik açıqlama verib ki, Azərbaycan və Ermənistan prezidetləri arasında görüşün keçirilməsi planlaşdırılmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam