Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bəhruz Kamalvəndi:"İran uranı 20 faizdən çox zənginləşdirə bilər"

İranın nüvə proqramının bərpası istiqamətində atdığı üçüncü addım əsasən nüvə texnologiyasının inkişaf etdirilməsindən ibarət olacaq.

Yenixeber.org:  Bu sözləri sentyabrın 7-də İranın Atom Enerjisi üzrə Agentliyinin təmsilçisi Bəhruz Kamalvəndi deyib. O bildirib ki, İran artıq nüvə proqramını bərpa edib və uranı 20 faizdən çox həcmdə zənginləşdirmək niyyətindədir.

B.Kamalvəndi qeyd edib ki, İran əvvəlki illərdə olduğu kimi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nümayəndələrinin nüvə obyektlərinə baxış keçirmələrini qadağan etməyəcək. Onlara istənilən nüvə obyektində aparılan işlərlə tanış olmaq üçün imkan yaradılacaq.

O diqqətə çatdırıb ki, əgər Avropa ölkələri “Nüvə sazişi” üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirsələr, onda İran nüvə tədqiqatlarının bərpasını dayandıra bilər.

İranın milli televiziyasında çıxış edən Prezident Həsən Ruhani isə bəyan edib ki, vəziyyətin bu həddə çatması və rəsmi Tehranın nüvə proqramını bərpa etməsinin təqsirkarı ABŞ-dır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam