Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

KİV:Səudiyyə Ərəbistanındakı “Aramco”nun obyektləri hücuma məruz qalıb

Yəməndə fəaliyyət göstərən Huti (Ənsər Allah) islamçı hərəkatının silahlı dəstələri Səudiyyə Ərəbistanının şərq sərhədləri yaxınlığlındakı Şəybah neft yataqlarında yerləşən “Saudi Aramco” dövlət neft şirkətinə məxsus neftayırma müəssisəsinə və neft anbarına on dronla hücum edib.

Yenixeber.org: Bu barədə hərəkatın hərbi sözçüsü onlara məxsus “Əl Məsirəh” televiziyasına bildirib.

Hərəkat nümayəndəsi bu əməliyyatı Səudiyyə Ərəbistanı başçılığı ilə ərəb koalisiyasının Yəməndəki daxili müharbəyə müdaxilə etdiyi 2015-ci ilin mart ayından etibarən bu ölkənin dərinliyində ən böyük hücum olaraq dəyərləndirib: “Səudiyyə rejimi və təcavüzkar qüvvələri təcavüzkarlığına davam edərlərsə, daha böyük və geniş əməliyyatlar keçirəcəyəmizi bilməlidirlər”.

Səudiyyə rəsmiləri və "Saudi Aramco" nümayəndələri bu məlumatı şərh etməyiblər.

Xatırladaq ki, Huti hərəkatı tərəfindən 2014-cü ilin sonunda paytaxt Sənaadan vurub çıxarılan Yəmən hökumətini bərpa etmək məqsədilə ərəb koalisiyası 2015-ci ildən bu ölkə ərazisində hərəkata qarşı müharibə aparır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam