Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ABŞ SƏUDİYYƏNİ «DOSTLAR» SIRASINDAN ÇIXARIR? –Senat uyğun qanun layihəsinə baxacaq

 

Amerika Birləşmiş Ştatları (ABŞ) senatına Səudiyyə Krallığına yönəlik müəyyən məhdudiyyətləri nəzərdə tutan qanun layihəsi təqdim olunub.

Yenixeber.org: Sənədin mətni ABŞ parlamentinin yuxarı palatasının rəsmi saytnda dərc olunub.

«Səudiyyə Ərəbistanının davranışı dəyişməlidir. Mənim partiyalararası qanun layihəm bizim ölkələr arasındakı gərginliyə aiddir və onların (Səudiyyə Ərəbistanının – Red.) öz davranışını dəyişməsini hədəfə alıb» – deyə, layihənin təşəbbüskarlarından olan Ceyms Riş özünün «Tvitter»ində yazıb.

Sənədin müəllifləri dövətlərarası münasibətlərə yenidən baxmağı tələb edirlər. Buna səbəb kimi isə krallıqda insan hüquqlarına əməl olunmaması və səudiyyəlilərin Yəməndəki fəaliyyəti önə çəkilir. Mətndə göstərilir ki, Səudiyyə Ərəbistanı məmurlarına viza verilməsi dayandırılmalı, bu ölkənin vətəndaşlarına ABŞ-da mülkiyyət hüququnun verilməsi məhdudlaşdırılmalı, həm də avialisenziyalara yenidən baxılmalıdır.

İyunun 21-də xəbər verilmişdi ki, ABŞ Senatı prezident Donald Trampa Səudiyyə Ərəbistanına silah satmağı qadağan etməyə səs verib. Ancaq ABŞ lideri bu qərara veto qoymaq hüququna malikdir və bu hüquqdan istifadə etməyə hazırlaşır.

Camal Qaşıqçının

ABŞ və Səudiyyə Ərəbistanı qarşılıqlı münasibətlərin uzun tarixçəsinə malikdir. Uzun illər bölgəsəl təhlükəsizlik, neft ixracı və idxalı, iştisadiyyat sahəsində sıx əməkdaşlıq ediblər. Səudiyyə Krallığı həm də ABŞ-ın hərbi, diplomatik və maliyyə sektorlarında mühüm müttəfiqi olub. Bu ölkələr arasında münasibətlər keyfiyyət baxımından, 2018-ci ildə səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsindən sonra dəyişməyə başlayıb.

Yəmən münaqişəsi isə 2014-cü ildən fəal fazada davam edir. Üsyançı-husiləri, ehtimala görə, İran və «Hizbullah» dəstəkləyir. Onara qarşı Yəmən ordusu və Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb ölkələri koalisiyası vuruşur. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) qüvvələri isə bu münaqişədə husilərə qarşı 2015-ci ildən iştirak edir.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam