Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Yəməndə kritik durum -İrandan müdaxilə tələbi

Yəməndə kritik durum - İrandan müdaxilə tələbi
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin davranışı üzündən Tehran beynəlxalq təşkilatlardan Yəməndəki vəziyyətə müdaxilə etmələrini tələb edir. 

Yenixeber.org: Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmisi Bəhram Qasımi bəyan edib.
“Yəmənə münasibətdə İranın siyasəti dəyişməz olaraq qalır. Biz Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın təcavüzünü qınamışıq və yenə də qınayırıq. Yəməndəki acınacaqlı şəraitdən xəbərimiz var və beynəlxalq təşkilatlardan, digər ölkələrdən bu problemə ciddi müdaxiləni tələb edirik” – deyə Qasımi vurğulayıb.

Xatırladaq ki, Yəməndə silahlı münaqişə 2014-cü ildə başlayıb. Münaqişənin tərəfləri ölkənin sabiq prezidenti Əli Abdullah Salehə sadiq ordu hissələri və şiə husi üsyançılar ilə, hazırkı prezident Mənsur Hadi hökuməti və ona sadiq ordu birləşmələridir. 2015-ci ildən Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb ölkələri hərbi koalisiyası legitim hökumətə dəstək üçün Yəməndə husilərə qarşı əməliyyata başlayıb. ABŞ isə bu koalisiyaya kəşfiyyat və loqistika köməyi edir. Hazırda Yəmənin paytaxtı Səna şəhəri husilərin nəzarətindədir.

14 iyundan başlayaraq, koalisiya qüvvələri Yəmənin Hudeyda liman şəhərindən husiləri çıxarmaq üçün “Qızıl qələbə” adlı hərbi əməliyyatlara başlayıb. Hudeyda Yəmənin şimalına humanitar yardımın çatdırılması üçün yeganə məntəqədir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam