Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycandan Ermənistana xəbərdarlıq

 

“Ermənilər son zamanlar Azərbaycan ordusunun gücünü durmadan artdığını görürlər və bunu öz üzərilərində artıq bir neçə dəfə hiss ediblər”

 

"Xeberinfo.com":  Məlumata görə, bu sözləri politoloq Qabil Hüseynli söyləyib.
 
O, ermənilərin bayram ərəfəsində Azərbaycana hücumunun havayı yerdən olmadığını bildirib:
 
“Onlar ötən ilin avqust müharibəsi, vertolyotun vurulması, mövqe döyüşləri zamanı Azərbaycanın atəş gücünün nə qədər artdığının şahidi olublar. Bu, ermənilərin taktikasıdır. Bayram ərəfəsi dövründə belə bir halın baş verməsi həm ordumuzun sayıqlığını yoxlamaq, həm də Azərbaycana gözdağı vermək üçün nəzərdə tutulmuşdu. Onlar bəlli bir üstülük qazanmağa nail olmağa çalışırlar. Ermənilərin belə taktiki gedişləri artıq işləmir. 
Vaxtıyla yüksəkliklərdə yerləşən ermənilər Azərbaycan ordusunun atəş gücünün zəif olmasından istifadə edərək bizə təzyiq edə bilirdilər. Amma indi vəziyyət dəyişib. Zənnimcə, yanvar 3-də baş verən hadisələrdən sonra Azərbaycan Ermənistana sonuncu dəfə xəbərdarlıq etdi. Əgər belə provokasiyalar davam edərsə, Azərbaycan o zaman öz torpaqlarını azad etmək üçün döyüş əməliyyatlarına başlayacaq. Bu həm ermənilərə, həm onların ağalarına, həm də dünya ictimaiyyətinə bir mesaj idi. Azərbaycan bildirdi ki, hadisələr belə davam etsə, sarsıdıcı cavab zərbəsi olacaq və bu zərbələr sonda böyüyüb geniş müharibəyə də çevrilə bilər”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam