Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Rusiyada tənəzzül dərinləşir

 

Ekspertlər: “Rusiya banklarında pul vəsaitləri getdikcə azalır”

"Xeberinfo.com":  Rusiya höküməti iqtisadiyyatın son 5 ildə ilk dəfə tənəzzül yaşadığını açıqlamasından sonra rus valyutasının məzənnəsi yenidən düşüb. Bu yaxınlarda Rusiya höküməti bankları stabilləşdirmək və rublun dəyərini yüksəltmək üçün atacağı addımları açıqlayıb. Ekspertlər isə ölkə iqtisadiyyatının gələn il də tənəzzül yaşayacağını bildiriblər.
ANS PRESS-in “Amerikanın səsi”nə istinadla verdiyi məlumata görə, Rusiyanın iqtisadi perspektivləri zəifləyib. Bu il Rusiya valyutası dəyərinin yarısını itirib, banklarda isə pul vəsaitləri azalır.
Karnegi Beynəlxalq Sülh Fondunun iqtisadçısı Uri Daduş situasiyanın daha da pisləşəcəyini deyib.
Gələn il Rusiyanı uçurum gözləyir. Orada ciddi tənəzzül olacaq. Hazırda isə orada nəhəng etimad böhranı yaşanır. Sərmayədarlar ölkədən 100 milyard dollardan çox pul çıxarıblar. Rublu sabitləşdirmək və bankları ayaqda saxlamaq üçün Moskva faiz dərəcələrini kəskin şəkildə artırıb və yaxın zamanda Rusiya banklarına 20 milyard dollar buraxacağını açıqlayıb.

Baş nazirin müavini İqor Şuvalov deyib: “Bütün bu tədbirlər bizim sabit bank sektorumuzun yeni şərtlər altında daha da sabit olmasına yol açacaq və mümkün şoklara qarşı qoruyacaq”.
Ağ Evin iqtisadi müşaviri Ceyson Furman söyləyib ki, əlavə olaraq neftin qiymətinin kəskin şəkildə düşməsində və Qərbin Rusiyaya sanksiyalar tətbiq etməsində də Rusiya özü günahkardır. Bu onların özlərinin səbəb olduğu ciddi iqtisadi vəziyyətdir və onların beynəlxalq qanunlara riayət etməmələrinin nəticəsidir.
Moskva ilə çox az ticari əlaqəsi olan ABŞ isə bu haldan zərər çəkmir. Lakin Rusiyanın Çin və Avropa kimi ticarət tərəfdaşlarının zərər çəkəcəyi gözlənilir. Rusiya sərhədinin 30 kilometr yaxınlığında yerləşən Lappinranta şəhərciyinə artıq turist gəlmir. Nəticədə şəhər rəsmiləri minə yaxın mağazanın bağlanacağını bildiriblər.
İqtisadçı Uri Daduş deyib ki, neft qiymətlərinin artmadığı və prezident Vladimir Putinin Krımla bağlı fikrinin dəyişmədiyi halda Rusiya iqtisadiyyatının bərpası illər alacaq: “Mən bunun Putinə təsir edəcəyini düşünmürəm. Əksinə, orta təbəqəli ruslar və bütövlükdə Rusiya iqtisadiyyatı uzun zaman əziyyət çəkəcək və iki-üç il sonra bir nöqtədə iqtisadiyyat yenidən sabitləşəcək.”

Rusiya xarici işlər naziri Sergey Lavrov böhranın uzun çəkməyəcəyini, tarixin Rusiya xalqı və iqtisadiyyatının bərpa olunacağını və əvvəlkindən daha güclü olacağını göstərdiyini vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam