Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rusiyanı qarşıda hansı çətinliklər gözləyir?

 

Bu həftə Rusiya hökümətinin iqtisadiyyatın son 5 ildə ilk dəfə noyabr ayında tənəzzül yaşadığını açıqlayan hesabatından sonra rus valutasının məzənnəsi yenidən düşüb.

"Xeberinfo.com":  Məlumata görə, bu yaxınlarda Rusiya höküməti bankları stabilləşdirmək və rublun dəyərini yüksəltmək üçün atacağı addımları açıqlayıb. Ekspertlər isə ölkə iqtisadiyyatının gələn il də tənəzzül yaşayacağını bildirir. 
Rusiyanın iqtisadi perspektivləri zəifləyib. Bu il Rusiya valyutası dəyərinin yarısını itirib, banklarda isə pul vəsaitləri azalır. Karneqi Beynəlxalq Sülh Fondunun iqtisadçısı Uri Daduş situasiyanın daha da pisləşəcəyini bildirir.

“Gələn il Rusiyanı uçurum gözləyir. Orada ciddi tənəzzül olacaq. Hazırda isə orada nəhəng etimad böhranı yaşanır.”

İnvestorlar ölkədən artıq 100 milyard dollardan çox pul çıxarıblar. Rublu sabitləşdirmək və bankları ayaqda saxlamaq üçün Moskva faiz dərəcələrini kəskin şəkildə artırıb və yaxın zamanda Rusiya banklarına 20 milyard dollar buraxacağını açıqlayıb. Baş nazirin müavini İqor Şuvalov:

“Bütün bu tədbirlər bizim sabit bank sektorumuzun yeni şərtlər altında daha da sabit olmasına yol açacaq və mümkün şoklara qarşı qoruyacaq.”

İqtisadçılar böhranın səbəbini Moskvanın enerjidən asılı olan iqtisadiyyatı diversifikasiya etməməsində görürlər. Ağ Evin iqtisadi müşaviri Ceyson Furman bildirir ki, əlavə olaraq neftin qiymətinin kəskin şəkildə düşməsində və Qərbin Rusiyaya sanksiyalar tətbiq etməsində də Rusiya özü günahkardır.

“Bu onların özlərinin səbəb olduğu ciddi iqtisadi situasiyadır və onların beynəlxalq qanunlara riayət etməmələrinin nəticəsidir.”

Moskva ilə çox az ticari əlaqəsi olan ABŞ isə bu haldan zərər çəkmir. Lakin Rusiyanın Çin və Avropa kimi ticarət tərəfdaşlarının zərər çəkəcəyi gözlənilir. Rusiya sərhədinin 30 kilometr yaxınlığında yerləşən Lappinranta şəhərciyinə artıq turist gəlmir. Nəticədə şəhər rəsmiləri minə yaxın mağazanın bağlanacağını bildiriblər.

İqtisadçı Uri Daduş bildir ki, neft qiymətlərinin artmadığı və prezident Vladimir Putinin Krımla bağlı fikrinin dəyişmədiyi halda Rusiya iqtisadiyyatının bərpası illər alacaq.

“Mən bunun cənab Putinə təsir edəcəyini düşünmürəm. Əksinə orta təbəqəli Rusiyalılar və bütövlükdə Rusiya iqtisadiyyatı uzun zaman əziyyət çəkəcək və iki-üç il sonra bir nöqtədə iqtisadiyyat yenidən sabitləşəcək.”

Rusiya xarici işlər naziri Sergey Lavrov böhranın uzun çəkməyəcəyini bildirir. O, tarixin Rusiya xalqı və iqtisadiyyatının bərpa olunacağını və əvvəlkindən daha güclü olacağını göstərdiyini deyir . 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam