Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Rusiya hərbi xərclərini artırır

 

“Rusiya iqtisadi böhrana baxmayaraq müdafiə xərclərini artıracaq”.
 
"Xeberinfo.com":  Məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiyanın hərbi sənaye komissiyasının rəis müavini Oleq Boçkarev deyib. Rusiyanın gələn il üçün nəzərdə tutulan hərbi xərclərinin iqtisadi vəziyyətdən asılı olmayaraq tətbiq ediləcəyini bildirib.
 
Qeyd edək ki, Bonn Beynəlxalq Mərkəzi Konversiyasının bu il üçün nəzərdə tutulan dünyanın ən çox hərbiləşdirilmiş ölkələri siyahısında Rusiya ilk onluqda yer alıb.
 
Rusiyada iqtisadi böhran yaşansa da, ölkənin müdafiə xərcləri artan istiqamətdə irəliləyir və ölkənin yüksək rütbəli məmurları xərclərin daha da artacağını tez-tez dilə gətirirlər.
 
Rusiya Müdafiə naziri Sergey Şoyqu dizayn, yeni araşdırmalar, testlər və silahların inkişaf etdirilməsi ilə əlaqədar olaraq 2014-cü il büdcəsi üçün ötən ilə nisbətən 25 faiz daha çox pul xərcləndiyini açıqlayıb.
 
Rusiya Müdafiə nazirinin müavini Yuri Borisov 2014-cü ildə müdafiə xərclərinin ötən ilə nisbətən 30 faiz artdığını, bu rəqəmin 2015-ci ildə 20 faiz olacağını, 2017-ci ildə isə artımın 40 faizə çıxacağını bildirib.
 
Rusiya Prezidenti Vladimir Putin isə jurnalistlər üçün təşkil edilən mətbuat konfransında Rusiyanın hərbi xərclərinin 2015-ci ildə 50 milyard dollar civarında olacağını, Pentaqonun isə bu sahəyə Rusiyadan 10 qat çox - 585 milyard dollar pul xərcləyəcəyini açıqlayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam