Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bəhruz Kamalvandi:"İran uranın zənginləşdirilməsini sürətləndirəcək"

 

İran iyunun 27-dən sonra uranın zənginləşdirilməsini sürətləndirəcək.

Yenixeber.org:  IRIB-yə istinadən xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının (İAET) nümayəndəsi Bəhruz Kamalvandi bildirib.

Onun sözlərinə görə, zənginləşdirilmiş uran ehtiyatları əhəmiyyətli dərəcədə artıb və iyunun 27-də 300 kq-dan çox olacaq.

İAET nümayəndəsi qeyd edib ki, avropalılar Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) çərçivəsində öhdəliklərini yerinə yetirə bilmir və ya bunu istəmirlər, lakin Avropanın nüvə sazişini qorumaq üçün hələ də şansı var.

Qeyd edək ki, nüvə sazişinə əsasən, İran zənginləşdirilmiş uranın həcmi 300 kq-dan artıq olarsa, artıq hissəni digər ölkələrə ixrac etməlidir. Amma iyunun 17-də İran tərəfi hazırkı vəziyyətdə bu şərtləri yerinə yetirməyə borclu olmadığını, 10 gün sonra isə zənginləşdirilmiş uranla bağlı məhdudiyyətlərin aradan götürüləcəyini açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam