Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Prezidentlərin qadınlarla imtahanı, ən səs-küylü qalmaqallar

Bunu onların hamısı edib, Tramp isə liderliyi əlində saxlayır...

ABŞ prezidenti Donald Trampı seksual təcavüzdə ittiham edənlərin sırasına biri də əlavə olunub. “Elle” jurnalında köşə yazarı, 75 yaşlı Ceyn Karrol (E.Jean Carrol) Donald Trampın  1995, yaxud 1996-cı ildə ona Manhettendə təcavüz ediyini bildirir. Karrolun iddiasına görə bu əhvalat mağazada baş verib.

Yenixeber.org:  “Bir mağazada qarşılaşdıq. Bir az söhbətdən sonra mənə geyinib yoxlamağım üçün bəzi alt paltarlarını tövsiyə edərək sataşmağa başladı. Aldıqlarını geyinib yoxlamaq üçün kabinəyə girəndə isə arxamca gəlib mənə təcavüz etdi. Hücum təxminən 3 dəqiqə sürdü, bu hadisədən sonra heç kimlə əlaqəyə girə bilmədim” - o deyib.

Kerrol bildirib ki, Trampın barəsində o vaxt polisə şikayət etməkdən qorxub. “O, həyatda gördüyüm ən iyrənc adamdır”, - qadın bildirib. Tramp isə bu yaşlı qadının iddialarının yalan olduğunu deyib. “Bu adamı tanımıram, həyatda heç qarşılaşmadım. Məqsədi yeni kitabının satışlarını artırmaqdır” - ABŞ prezidenti bildirib.

Trump Tecavüz ile ilgili görsel sonucu

İllər sonra üzə çıxan təcavüz qalmaqalları

“Yeni Müsavat” xəbər verir ki, Trampla bağlı təcavüz, seks ittihamları hər zaman gündəmin əsas mövzularından olub. 2018-ci ilin sentyabrında məlum oldu ki, ABŞ prezidenti Donald Tramp sentyabrın sonlarında vaxtilə aparıcılıq etdiyi “Şagird” adlı verilişin qadın iştiakçılarına qarşı seksual hərəkətlər etdiyi iddiası ilə bağlı ifadə verməlidir. Bundan daha öncə Nyu-York Məhkəməsi prezidentin vəkillərinin həmin işə xitam verilməsi ilə bağlı vəsatətlərini rədd edib.

Məhkəmə həmçinin bəhs olunan teleşounun iştirakçılarından sayılan Sammer Zervos adlı xanımın şərəf və ləyaqətinin müdafiəsi il bağlı işi dayandırmaqdan imtina edib. Qeyd olunur ki, Sammer Zervos prezidenti 2017-ci ilin əvvələrində məhkəməyə verib. İddia ərizəsində o, Trampın işə düzəlməyin müqabilində ona intim münasibətlərdə olmağı təklif etdiyini göstərib. Zervosun iddiasına görə, hadisə Los-Ancelesdə “Beverli Hills” otelində baş verib. Burada Tramp onun sinəsindən tutmağa cəhd göstərsə də, Zervos onu itələyərək qaçmağa müvəffəq olub.

Trump Tecavüz ile ilgili görsel sonucu

Tramp təcavüz edir, vəkillər razılığa gəlirlər

“The Washington Post” qəzetinin məlumatına əsasən, Zervosun və Trampın vəkilləri prezidentin bununla bağlı yazılı ifadə verəcəyi barədə razılığa gəliblər.

Sammer Zervos Trampı seksual sataşmalarda ittiham edən ilk qadın deyil. Jurnalistlər Ağ Ev sahibinin 2005-ci ildə bir aparıcının yanında söylədiyi sözləri xatırladırlar. Burada Tramp populyar olmasına görə, istədiyi qadını onun razılığı olmadan öpmək və toxunmaq hüququ olduğunu söyləmişdi.

“The Washington Post” ABŞ prezidentinin başqa günahlarını da yadına salıb. Bunlardan biri də Kristin Anderson ABŞ-ın indiki prezidentinin hələ 1990-cı illərdə Nyu-Yorkun gecə klublarından birində ona sataşdığını deyib. Cessika Lids adlı başqa bir qadın isə 36 il bundan əvvəl Donald Trampla bir təyyarədə və eyni sırada gedən zaman o zaman gənc iş adamı sayılan milyarderin ona qarşı ədəbsiz hərəkətlərə yol verdiyini bildirib.

Reyçel Kruks ile ilgili görsel sonucu

Reyçel Kruks 2005-ci ildə 22 yaşında olarkən Tramp tərəfindən cinsi zorakılığa məruz qaldığını söyləyib. Onun sözlərinə görə, həmin vaxt o, “Tramp Tower”də ofisi olan “Bayrock Group” investisiya şirkətində çalışırmış. Bir gün səhər iş yerinə liftlə qalxarkən burada Trampla rastlaşıb. Burada qız onu tanıdığı üçün hətta salam da verib. Lakin Tramp onu liftdə buraxmaq istəməyib və zorla dodaqlarından öpüb...

“People” jurnalının müxbiri Nataşa Stoynoff isə 2005-ci ildə Trampın ”Mar a Laqo" malikanəsinə ondan müsahibə almaq üçün getdiyi bildirib. Staynoff Trampı Melaniya ilə evliliklərinin bir illiyi münasibətilə danışdırmalıı imiş. Biznesmen müsahibənin gedişində onu bir otağa çəkərək zorla divara dirəyib və öpüb. Mindi Makgillivrey adlı qadın isə 2003-cü ildə 23 yaşında olarkən Trampın Floridadakı bir gecə klubunda zorla onun qıçlarından tutduğunu iddia edib...

“Miss ABŞ” gözəllik yarışmasınınn adı çəkilməyən bir iştirakçısı isə 2001-ci ildə milyarderin qızların soyunma otağına icazəsiz girərək, onları uzun müddət orada izlədiyini bildirib. Həmin vaxt iştirakçıların çoxu tamamilə çılpaq imiş.

Amerika prezidentini “səkkizayaqlı ilbiz”ə bənzədən qadınlar

2016-cı ildə, Donald Tramp Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan vaxt onunla bağlı daha bir sensasion məlumat yayılıb. 45 yaşlı Lids adlı xanım 38 yaşında olarkən Tramp tərəfindən təyyarədə təcavüzə məruz qaldığını söyləyib: “O, səkkizayaqlı ilbiz kimi idi. Əllərini bədənimin hər yerinə toxundururdu. Bu, mənə qarşı hücum idi”.

Lidsin sözlərinə görə, təyyarə havaya qalxdıqdan 45 dəqiqə sonda Tramp onun sinə nahiyəsinə toxunub və əlini onun ətəyinin altına keçirməyə çalışıb.

Əmlak şirkətində resepşnda çalışan 22 yaşlı Reycel Kroks da Trampın təcavüzünə məruz qaldığını iddia edib. Onun sözlərinə görə, prezidentliyə namizəd liftdə gözlənilmədən onun dodağından öpüb. Hadisənin 2005-ci ilində baş verdiyini deyən Kroks buna görə çox üzüldüyünü söyləyib.

Trampın vəkilləri iddiaların yalan olduğunu, qadınların məhkəməyə veriləcəyini açıqlayıb.

Jessica Drake Trump ile ilgili görsel sonucu

Porno ulduzun mətbuat konfransı və daha bir qalmaqal

Bundan daha öncə isə porno ulduz Cessika Dreyk keçirdiyi mətbuat konfransında Trampın bir gecə üçün ona 10 min dollar təklif etdiyini bildirib. Onun sözlərinə görə, həmin vaxt Tramp evli olub. Cessika Dreyk öz açıqlamasında bunları söyləyib: “Telefon nömrəmi istədi, verdim. Həmin gecə məni otağına çağırdı. Özümü tək yaxşı hiss etməyəcəyimi bildirib 2 qadınla birlikdə getdim. İçəri girdiyimizdə bizi qucaqladı və razılığımız olmadan hər birimizi öpdü”.

Yarım saat sonra otaqdan çıxdığını bildirən Dreyk Trampın yenidən ona zəng edib yeməyə dəvət etdiyini bildirib. Porno ulduzu öz açıqlamasında Trampın ona 10 min dollar təklif etdiyini iddia edib: “Mənə zəng edib 10 min dollar təklif etdilər. Təklifi  bir daha rədd etdim. İş üçün Los-Ancelese getmək məcburiyyətində olduğumu bəhanə etdim. Tramp təklifi qəbul etsəm, məni özəl təyyarəsi ilə gətirə biləcəyini söylədi”.

Donald Tramp isə Dreykin iddialarını uydurma və yalan olaraq dəyərləndirib. Ümumiyyətlə, Tramp barəsində irəli sürülən cinsi təcavüz iddialarını yalanlayıb. Bildirib ki, ittihamlar ona qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsidir və həqiqəti əks etdirmir. Şimali Karolina ştatında seçicilərə müraciət edən Trampın sözlərinə görə, adının təcavüz olayında hallanması başlatdığı seçki kampaniyanın qarşısını almaq üçündür.

Melania xəyanətin acığını qalmaqallarla çıxıb

Başlayaq Amerikanın hazırkı birinci ledisi Melania Trampdan. O, Sloveniyada dünyaya göz açmış, sıradan bir ailənin adi qızı olub. Donaldla evliliyinə qədər fotomodel olaraq çalışıb. 1996-cı ildə nəşr olunan “Max” jurnalında onun fotosessiyası yer almışdı və bu fotoların heç də hamısı məsum deyildi. Amma Tramp namizəd olan kimi bu fotolar gündəmə bomba kimi düşdü - baxmayaraq ki, həmin vaxt Trampın seçki qərargahından bunu təmkinlə qarşıladılar. Trampın özü isə məsələyə belə reaksiya verdu: “Bu şəkillər Avropa jurnalı üçün çəkilib. Həmin vaxt biz hələ Melania ilə tanış olmamışdıq”.

Onun ikinci qalmaqalı isə birinci ledi olaraq hazırladığı ilk çıxışda yaşandı. Məlum oldu ki, onun nitqi Mişel Obamanın nitqindən köçürmədir. Daha doğrusu, iki abzası tamamilə köçürülüb. Jurnalistlər hər iki çıxışı müqayisə edəndə bu durum üzə çıxdı.

Bundan sonra isə dünya mətbuatı davamlı olaraq Melania ilə Donaldın soyuq münasibətləri barədə silsilə xəbərlər yazmağa başladı. Ərinin əlini tutmayan, onun əlini itələyən, asi və birinci lediyə yaraşmayan davranışıları ilə seçilən birinci ledinin Ağ Sarayda yaşamaq əvəzinə oğlunun təhsilinə görə Nyu-Yorkda olması da ciddi müzakirələrdən idi. Bir sözlə, Melania Amerika və dünya mətbuatına öz anormal davranışları ilə hər zaman mövzu verməyi sevən birinci ledilərdən olub.

Tramp onların yolunu davam etdirib?

1981-ci ildən 1995-ci ilə qədər Fransa prezidenti olmuş Fransua Mitteran nəinki aktrisaları, heç nazir portfelindəki şəxsləri də boş buraxmazmış. O, eyni zamanda, müğənni Dalidanın və aktrisa Anna Jirardonun sevgilisi olmaqla yanaşı, rəsmi ər statusunda da olub. Kənarda ailəsi və uşaqları olub. İncəsənət eksperti və iri muzey işçisi Ann Penjo onunla uzun illər yaşayıb və qızı Mazarini dünyaya gətirib.

Mitterandan sonra prezidentlik vəzifəsini icra edən Jak Şirakın sevgi hekayələri də az deyil. 1995-ci ildən 2007-ci ilə qədər prezident olmuş bu şəxs sələflərindən geri qalmayıb. Heç vaxt sevgi hekayələrini “əlinə və üzünə” bulaşdırmayıb. Əksinə, dildən-dilə dolaşan sevgi macəralarına görə xeyli hörmət və lətifə də qazanıb. Ən məşhur lətifələrdən biri isə odur ki, onun qadınlarla keçirdiyi vaxt hər zaman bol olub. Ən pis halda üç dəqiqəni keçməyib. Onunla dünya kinosunun ulduzu Kladia Kardinal da xeyli şöhrət qazanıb.

Fransanın sabiq prezidenti Nikola Sarkozi də hakimiyyəti dönəmində daha çox Karla Bruni faktoru ilə gündəmdə olub. Çünki Bruni daha öncə onun sevgilisindən həyat yoldaşı statusuna keçib. Onların Sarkozi ilə sevgi romanları çox qətiyyətli və cəsarətli olub. Karla ilə münasibətlərinə qədər Sarkozi iki dəfə evli olub. Onlar 2007-ci ildə tanış olublar və dərhal da Sarkozi həyat yoldaşından ayrılıb, bir neçə ay sonra isə Karla ilə ailə qurub. Sarkozi Bruniyə qədər də evlilikləri dönəmində paralel olaraq eşq hekayələri yaşayıb. Məsələn, Nikolanın ikinci həyat yoldaşı Sesiliya ondan ayrılmasının səbəbini belə ifadə edirdi: “O, çox simic və şorgözdür”.

Yeri gəlmişkən, Sarkozi Sisiliyanın ona qaytardığı üzüyü Karla Bruniyə hədiyyə etmişdi və sonuncu da utanmadan bu üzüklə fotokameralar qarşısında poza verirdi. Sisiliya isə öz sevgilisini heç zaman mediadan gizlətməyə ehtiyac duymurdu. Tam bir sevgi üçbucağı...

2014-cü ildə eks-prezident Fransua Ollandın vətəndaş nikahında olan arvadına xəyanət etməkdə günahlandırılması ilə bu ölkədə artıq ənənəyə çevrilən arvadbaz prezident məsələsi yenidən gündəmə gəldi. Dövlət başçısının aktrisa Jüli Qaye ilə əlaqəsini təsdiq edən fotoların çap edilməsi ilə başlayan qalmaqal ölkənin birinci ledisi, 49 yaşlı jurnalist Valeri Trierveylerin Yelisey sarayını tərk etməsi ilə nəticələndi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam