Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Cakartada yüksək vəzifəli məmurlara - sui-qəsdin qarşısı alınıb

İndoneziya milli polisinin rəisi Tito Karnavian ümumi seçkilərdən sonra Cakartada yüksək vəzifəli dörd məmura sui-qəsd hazırlayan şəxslərin həbs olunması barədə məlumat verib.

Yenixeber.org: Bu barədə “Tempo” jurnalı məlumat yayıb.

Polis rəisinin sözlərini sitat gətirən nəşr yazır: “Sifarişin icrasını təmin etməli olan bütün şübhəlilər həbs ediliblər”.

Bildirilir ki, cinayətkarlar siyasət, hüquq və təhlükəsizlik naziri Virantonu, dəniz işləri üzrə əlaqələndirici nazir Luhuta Pacaitananı, milli kəşfiyyat idarəsinin rəisi Budi Qunavanı və prezidentin təhlükəsizlik və kəşfiyyat məsələləri üzrə xüsusi nümayəndəsi Qories Mereni öldürməyi planlaşdırırmışlar. Polis məmurların təhlükəsizliyini təmin edib.

Xatırladaq ki, İndoneziyada iğtişaşlar mayın 21-də ümumi seçkilərin nəticələri elan edildikdən dərhal sonra başlayıb. Prezident seçkilərində məğlub olan general Prabovo Subiantonun tərəfdarları nümayişə çıxaraq, dərc edilən nəticələrlə razılaşmadıqlarını bildiriblər. Onlar seçkilər günü səsvermənin nəticələrinin hesablaması zamanı hazırda hakimiyyətdə olan Prezident Coko Vidodonun xeyrinə çoxsaylı pozuntulara yol verildiyini söyləyirlər. Mərkəzi Seçki Komissiyası C.Vidodonun səslərin 55,5 faizini, P.Subriantonun isə 45,5 faizini topladığını elan edib.

İğtişaşlar zamanı bıçaq zərbəsi və odlu silahdan açılan atəş nəticəsində altı nəfərin öldüyü, 300-dən çoxunun isə xəsarət aldığı bildirilir. Hazırda Cakarta polisi tərəfindən hadisə ilə əlaqədar təhqiqat aparılır. Hökumət orqanlarının bildirdiyinə görə, iğtişaşlar zamanı polis nə odlu, nə də soyuq silahdan istifadə etməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam