Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiya Qafqazda müharibəyə səbəb ola bilər

 

“Amma prinsip etibarı ilə Rusiyanın Şərqi Gürcüstana qoşun yeritməsi istisna olunmur”.

 

"Xeberinfo.com":  Bu sözləri Axar.az-a açıqlamasında politoloq Ərəstun Oruclu söyləyib.

 

O, Rusiyanın Şərqi Gürcüstana qoşun yeridib-yeritməməsinin nə dərəcədə real olmasını zamanın göstərəcəyini bildirib:

 

“2008-ci ildə Rusiya qoşunları Gürcüstana müdaxilə edəndə bu istiqamətdə fəaliyyəti müşahidə olunmuşdu. O zaman hərbi ekspertlər qeyd etmişdilər ki, bu, Rusiyanın gələcəkdə Cavaxetiya vasitəsilə Ermənistana çıxış əldə etməsi üçün hazırlıqdır. Rusiyanın Şərqi Gürcüstana qoşun yeridib-yeritməməsinin nə dərəcədə real olmasını zaman göstərəcək. İndiki şərait Rusiya üçün o qədər də ürəkaçan deyil. Həqiqətən ola bilər ki, Rusiya belə bir plan reallaşdırsın. Amma bu, bölgədə çox ciddi münaqişəyə səbəb olacaq. Söhbət həm də Avropa Birliyi ilə assosiativ üzvlük barədə saziş imzalamış Gürcüstandan gedir. Bilirsiniz ki, ABŞ da Gürcüstanla əməkdaşlıq barədə xüsusi bir proqrama malikdir. Həmin proqram faktiki olaraq NATO üzvlərinə şamil olunan, ona bərabər hesab olunan proqramdır. Rusiyanın belə bir addımı yalnız ekstremal şəraitin diktə elədiyi addım ola bilər. Bunun fəsadları böyük olacaq. Ukraynaya hücum etməyib müəyyən dəstələrin yardımından istifadə etməsi Rusiyaya belə baha oturdusa təsəvvür edin ki, Gürcüstana açıq müdaxilə nə ilə nəticələnəcək. Amma prinsip etibarı ilə Rusiyanın Şərqi Gürcüstana qoşun yeritməsi istisna olunmur. İllarionovun dediklərində müəyyən həqiqətlər var”.

 

Qeyd edək ki, bu gün açıqlama verən Putinin keçmiş məsləhətçisi Andrey İllarionov Rusiyanın Şərqi Gürcüstana Ermənistan və Qarabağa quru yolunu təmin etməkdən ötrü müdaxilə edə biləcəyini demişdi. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam