Redaktor seçimi
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Günün xəbəri

“Azərbaycan sərhədə qoşun yığır”

 

 

     “Krımın Rusiya tərəfindən ələ keçirilməsi Qafqazda narahatlığı gücləndirir və son vaxtlar regionda sərhəd boyu hərbi aktivlik müşahidə olunmaqdadır”.

"xeberinfo.com": “European Voice” nəşrinin redaktoru Endryu Qardnerin məqaləsində belə deyilir.

Nəşr yazır ki, son iki ay ərzində Gürcüstan Rusiya təyyarələrinin onun hava məkanına müdaxiləsi barədə xəbər verib, Azərbaycanın Ermənistanla sərhədində isə hərbi qüvvələrin cəmləşdirilməsi müşahidə edilir.

Məqalədə bildirilir ki, hazırda narahatlıq hələ həyəcana çevrilməyib: “Rusiyanın hərbi müdaxiləsi Soçi olimpiadasına və olimpiya oyunlarının keçirildiyi dövrdə də baş verdi. Azərbaycan qoşunları isə təmas xəttində yaz aylarında tez-tez fəallaşır. Lakin siyasətçilərin və diplomatların addımlarını xüsusilə ehtiyatla atdığı bir vaxtda insidentlər  narahatlıqları artırıb”.

Nəşr yazır ki, Ermənistanla bağlı situasiya xüsusən həssasdır. Ölkənin Rusiyanın təzyiqlərinə qarşı nə dərəcədə açıq olduğu ötən ilin payızında göründü. Prezident Serj Sərkisyan məzuniyyətini yarımçıq qoyaraq Putinin istəyi ilə Moskvaya yollandı. Sərkisyan qəfildən elan etdi ki, Avropa İttifaqı ilə Assosiasiya sazişi paraflanmayacaq. Bu saziş texniki baxımdan tam hazır idi.

Gürcüstanın Rusiya ilə münasibətləri isə onsuz da pisdir. Çünki Rusiya 2008-ci ildə Gürcüstana müdaxilə edərək Cənubi Osetiya və Abxaziya regionlarına nəzarəti ələ alıb. Bununla belə Rusiyanın indiki hakimiyyəti Rusiya ilə konstruktiv davranmağa çalışır, eyni zamanda ərazi bütövlüyü məsələsində qırmızı xətti keçmir. Bəzi analitiklərin qənaətinə görə, Krımla bağlı situasiyadan narahat olan Gürcüstan payızda NATO-ya üzvlük üçün ərizə verə bilər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam