Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

Alman polisi 80 türk avtomobilini saxladı

Almaniyanın Vuppertal şəhərində polis iki türk ailəsinin 80 avtomobillik toy karvanını dayandırıb.

Yenixeber.org: Məlumata görə, bu olay Berna Yağız ilə Talha Dəmirin toya hazırlıq mərhələsində baş verib.

Cütlüyün 21 apreldə təşkil edilən nişan mərasimində 80 avtomobillik karvan iştirak edib. Qız evinə yola çıxan avtomobil karvanı musiqilər səsləndirib, böyük türk bayrağı qaldırıb. Alman polisi yolda digər sürücülərə təhlükə yaratdığı səbəbindən karvanı dayandırıb.

Dayandırılan avtomobillərin hər birinin dövlət nömrə nişanı müəyyən edilib. Bundan sonra avtomobillərin karvan şəklində hərəkət etməsinə icazə verilməyib.

Cütlük mərasimin keçirildiyi salona daxil olduqdan sonra digər avtomobillərin tək-tək yolda hərəkət etməsinə icazə verilib.

Bu hadisə alman mediasının gündəminə gəlib. 

Talha Dəmirin atası Süleyman Dəmir isə bildirib ki, mediada çıxan xəbərlərdən sonra türk və almanlar arasında müzakirələr aparılıb, sağ partiya deputatları toy karvanlarının qadağan edilməsi üçün qanun təşəbbüsü irəli sürəcəklərini deyiblər: “Biz öz adətimizə uyğun toy təşkil etmək istədik. 7 alman polis avtomobilimizi dayandırdı, psixoloji təzyiqlər etdi. Alman mediası isə hadisə səhv istiqamətdə tirajladı”.  (Teleqraf.com)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam