Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Bu il “Rio karnavalı” 6,8 milyard dollar gəlir gətirə bilər

2019-cu il “Rio karnavalı” martın 1-dən 9-dək keçiriləcək.

Yenixeber.org: Rio-de-Janeyroda keçirilən ənənəvi karnaval 2019-cu ildə Braziliya büdcəsinə 6,8 milyard dollar gəlir gətirə bilər.

“The Rio Times” nəşri xəbər verir ki, karnavalın təşkilatçıları bu il məşhur bayram şənliklərinə hazırlıq çərçivəsində 24 min iş yerinin yaradıldığını açıqlayıb. Belə ki, iki həftədən az müddətdə davam edəcək karnavala tamaşa etmək üçün dünyanın bir çox ölkələrindən turistlər gələcək.

Braziliya Ticarət, Xidmətlər və Turizm Milli Konfederasiyasının baş iqtisadçısı Fabio Bentesin sözlərinə görə, karnavala hazırlıq işləri, otellərin turistləri qəbul etmək üçün gördüyü tədbirlər başa çatmaq üzrədir. Rio-de-Janeyronun otellərində yerlərin artıq 74 faizi əvvəlcədən sifariş olunub. Şəhərin qonşuları Botafoqo-Flamenqo və İpanema-Leblonda da çoxlu sifarişlər qəbul olunub. Turistlərin əksəriyyəti ABŞ, Argentina və Çilidən gələnlərdir, karnaval müddətindəki turist sayı isə il ərzində Braziliyanın bu sektorda ümumi göstəricilərinin 80 faizini təşkil edir.

2019-cu il “Rio karnavalı” martın 1-dən 9-dək keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam