Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Mərhum Türkmənbaşının ailəsindən yeni xəbər var - Berlində bina və otel tikirlər

Onların Berlində aldığı ərazi paytaxın ən bahalı yerlərindən biri hesab edilir

 

Yenixeber.org: Türkmənistanın mərhum prezidenti Saparmurad Niyazovun (Türkmənbaşı) ailəsi Berlin şəhərində Checkpoint Charlie yaxınlığında otel və yaşayış kompleksləri tikməyi planlaşdırıb.

Orta Asiya Xəbər Xidmətinə istinadən xəbər verir ki, bu haqda informasiyanı "Der Tagesspiegel" qəzeti yayıb.

Mənbə bildirir ki, Trockland Group şirkətinin səhmləri 2006-cı ildə dünyasını dəyişən türkmən liderinin qızı və nəvəsinə məxsusdur.

Türkmənbaşının kürəkəni Vladimir Sokolov bu şirkətə özəl şəxs kimi sərmayə qoyurmuş. Ancaq o, 2014-cü ildə Rusiyanın VTB Kapital bankının vitse-prezidentliyi vəsifəsindən ayrılaraq adı çəkilən şirkətinin tərəfdaşı olub. Hazırda Sokolov "Trockland Group"un vitse-prezidenti kimi şirkətin çoxmilyonlu sərməyaələrinə cavabdehdir.

Niyazovun dul arvadı Muza Niyazova isə kürəkəni tərəfindən ona hədiyyə edilən "Trockland XI Charlie GmbH" şirkətinin bəzi səhmlərinə məxsusdur.

Verilən məlumata görə, hazırda o, Moskvada yaşayır və Türkmənistana təsadüfi hallarda gedir.

Niyazovun qızı İrina anası tərəfindən hədiyyə edilən "Trockland VII Herzbergstraße" şirkətinin səhmlərinin sahibidir. O, bu şirkəti əri və qızı ilə birgə Londonda qeydiyyatdan keçirib.

İrina həmçinin, "Trockland Group"un tərkibində olan "Trockland VI Klosterstrasse 62" şirkətinin bir hissəsinə sahiblik edir.

Qəzet yazır ki, Türkmənbaşı ailəsinin Berlində aldığı ərazi paytaxın ən bahalı yerlərindən biri hesab edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam