Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Hərbçilərimiz Qarabağda erməni polkovniki məhv edib - VİDEO

İnternet resurslarında Azərbaycan artilleriyasının işğal altındakı ərazilərdə Ermənistan ordusunun mövqelərinə sərrast zərbə endirməsinə dair görüntülər yayılıb.

Xeberinfo.com:   Məlumata görə, pilotsuz kəşfiyyat təyyarəsindən çəkilmiş görüntülərə əsasən erməni ordusunun təmas xəttində, yaxud təmas xəttinə yaxın yerləşən mövqelərində əvvəlcə “pikap” tili avtomobillər və bir neçə hərbçi görünür.

Daha sonra bir-birinin ardınca artilleriya mərmiləri partlayır və düşmən qüvvələrinin mövqeləri dəqiq zərbələrə məruz qalır.

Bu zaman həmin mövqelərdə olan erməni hərbçilərinin öldüyü və yaralandığı şübhəsizdir.

Videokadrları report.az saytı internet mənbələrinə istinadən yayıb.

Məlumata görə, ölən və yaralananlar arasında Dağlıq Qarabağdakı separatçı rejimin yüksək rütbəli hərbi rəhbərləri də olub. Həmçinin ölənlər arasında dağ-piyada diviziyası komandirinin müavini, polkovnik Aratyunan Cəlal Anatolyeviç də var. 

Bu hadisənin nə vaxt baş verdiyi məlum olmasa da ehtimal edilir ki, videokadrlar Azərbaycan ordusunun düşmən mövqelərinə bir gün əvvəl endirdiyi zərbələri əks etdirir.

Dekabrın 4-nə keçən gecə Ermənistan qüvvələri bir neçə istiqamətdən ordumuzun mövqelərinə həmlə etməyə cəhd edib. Bu zaman Azərbaycan ordusunun bölmələri düşmənin həmlələrinin qarşısını alıb və əks-zərbələrlə onu geri oturdub. Düşmənin xeyli tki verdiyi bildirilsə də Dağlıq Qarabağdakı rejimin “müdafiə nazirliyi” cəmi bir hərbçinin öldüyünü təsdiq etmişdi.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam