Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Azərbaycan-Rumıniya iqtisadi əlaqələrinin genişləndirilməsinə dair müzakirələr aparılıb

 

 

İqtisadiyyat naziri, Azərbaycanla Rumıniya arasında elmi-texniki əməkdaşlıq və ticarət-iqtisadi əlaqələr üzrə Müştərək Komissiyanın həmsədri Şahin Mustafayev 6-cı Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Rumıniyanın baş nazirinin müavini Ana Birçall ilə görüşüb

 

Yenixeber.org: İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görüşdə Şahin Mustafayev Azərbaycan və Rumıniya arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin önəmini vurğulayıb, Azərbaycan və Rumıniya arasında 2009-cu ildə strateji tərəfdaşlığa dair Bəyannamə imzalandığını qeyd edib. 

O, həmçinin bildirib ki, Azərbaycan-Rumıniya əməkdaşlığının inkişafı məqsədilə bir sıra birgə qurumlar - parlamentlərarası əlaqələr üzrə dostluq qrupları və Müştərək Komissiya fəaliyyət göstərir. Ölkələr arasında əlaqələrin inkişafında Müştərək Komissiyanın fəaliyyətini qeyd edən Şahin Mustafayev komissiyanın növbəti iclasının keçirilməsinə dair fikirlərini bölüşüb. Rumıniya ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu qeyd edən Şahin Mustafayev enerji, sənaye, nəqliyyat-tranzit, ticarət, turizm, kənd təsərrüfatı, İKT sahələrində əməkdaşlıq perspektivlərini vurğulayıb. 

O, diqqətə çatdırıb ki, ötən il ölkələr arasında ticarət dövriyyəsi 69% artıb və Azərbaycan qeyri-neft sektorunda əlaqələrin inkişafında maraqlıdır. Rumıniya şirkətləri Azərbaycanda yaradılan sənaye parklarında investor qismində iştirak edə, Azərbaycanın nəqliyyat-tranzit infrastrukturundan (Bakı-Tbilisi-Qars, Beynəlxalq Dəniz Limanı, Cənub-Qərb marşrutu) istifadə oluna bilər. Nazir Azərbaycanın nəqliyyat-tranzit potensialının digər ölkələrin diqqət mərkəzində olduğunu və bu istiqamətdə müxtəlif təşviqedici tədbirlərin keçirildiyini vurğulayıb. Limanlararası əməkdaşlığın mümkünlüyünü qeyd edən Ş.Mustafayev bu ilin mayında Bakıda bu sahədə beynəlxalq tədbirin keçiriləcəyini və Rumıniyanın iştirakının da əhəmiyyətli olacağını diqqətə çatdırıb.

A.Birçall Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşməsini və aparılan müzakirələri yüksək qiymətləndirib, nəqliyyat, enerji, tranzit sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulayıb. O, Rumıniyanın Cənub Qaz Dəhlizinə maraq göstərdiyini diqqətə çatdırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam