Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiya dağılacaq, Ermənistan xəritədən silinəcək, Azərbaycan və Türkiyə...– ABŞ kəşfiyyatının ŞOK PROQNOZU

 

 

 

 
Rusiya dağılacaq, Ermənistan xəritədən silinəcək, Azərbaycan və Türkiyə... – ABŞ kəşfiyyatının ŞOK PROQNOZU



Yenixeber.org: Dünyanın siyasi mənzərəsi yenidən dəyişir və belə demək mümkünsə, siyasi xəritənin yenidən dizayn edilməsinə cəhd edilir. Yaxın və Uzaq Şərqdə, eləcə də Şərqi Avropada toqquşmaların siyasi müstəvidən hərbi sferaya keçməsi an məsələsinə çevrilib. Bu mənzərə fonunda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “kölgəsi” hesab olunan “Stratfor” kəşfiyyat-analitik mərkəzinin rəhbəri Corc Fridmanın 2030-cu il üçün verdiyi proqnozlar yada düşür.

Fridman 2030-cu ilə qədər Rusiya Federasiyası dağılacağını iddia edir. Bu proses Avrasiyada xaosa səbəb olacaq və yeni dövlətlər qurulacaq. Çeçenistan və Rusiyanın digər müsəlman əraziləri müstəqillik əldə edəcək, Finlandiya Kareyanı zəbt edəcək, Rumıniya isə Moldovanı özünə birləşdirəcək.

Qeyd edək ki, Rumıniya illərdir Moldovanı özünə birləşdirmək istəyir. Rumınlar hesab edirlər ki, Moldova xalqı ilə eyni kökə malikdirlər. Dünən Rusiyanın adamı hesab edilən Moldova prezidenti İqor Dodonun “mən Rumıniya ilə Moldovanın birləşməsinin əleyhinəyəm” açıqlamasını verməsi də Fridmanın proqnozu fonunda diqqət çəkir.

Fridman proqnozlarına davam edərək qeyd edir ki, Tibet Hindistanın köməyi ilə müstəqillik əldə edəcək, Tayvan isə Çində öz təsirini genişləndirəcək.

Rusiyanın yox olmasından sonra Gürcüstan Cənubi Osetiya və Abxaziyanı qaytaracaq, Ukrayna bu prosesdə ona ciddi dəstək verəcək. Orta Asiyanı da qaranlıq gələcək gözləyir. Dağılma prosesi Qazaxıstandan başlayacaq. Astana Amerika güclərinin müdaxiləsinin qarşısını ala bilməyəcək. Orta Asiya üçün ən qorxuncu ekstremistlərin ekspansiyasıdır. Bu, dünyəvi elitalarla radikalların toqquşmasına gətirib çıxaracaq. Regionda uzun illər davam edəcək vətəndaş müharibəsi yaşanacaq.

Proqnozda Rusiyasız qalan Ermənistanın sağ qalmayacağı deyilir. Bu ölkə Azərbaycan və Türkiyənin məngənəsində sıxılacaq və xəritədən silinəcək. Bakı və Ankaranın ittifaqı güclənəcək və regionda əsas faktora çevriləcək. Azərbaycan həm də gələcəkdə regiondakı proseslərin idarə olunmasında əsas məkana çevriləcək.

Proqnozlarda Çinin də zəifləyəcəyi, dağılmasa da, böyük güc itirəcəyi deyilir. Xüsusilə Sibirdə möhkəmlənən Amerika, Orta Asiyadan radikal dindarlar Çini sıxışdıracaq, Honkonqda isə “rəngli inqilab” başlayacaq. Regionda Yaponiya güclənəcək.

İranda dini hakimiyyət devriləcək. Tehranda şiə hakimiyyətinin devrilməsi Pakistana qədər sünni xilafətinin yaranması perspektivlərini açacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam