Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rumıniya parlamenti Moldova ilə birləşmək haqqında Bəyannamə qəbul edib

Rumıniya parlamenti Moldova ilə birləşmək haqqında Bəyannamə qəbul edib

 

Rumıniya parlamenti tarixdə Bessarabiya kimi tanınan bugünkü Moldova torpaqlarının Rumıniya ilə birləşməsinin 100-cü ildönümü münasibətilə Moldova Respublikası ilə birləşməyə dair niyyət Bəyannaməsi qəbul edib

Yenixeber.org: "Bessarabiyanın ana vətən Rumıniya ilə 1918-ci il martın 27-də baş tutmuş birləşməsinin bayram edilməsi haqqında" Bəyannamədə deyilir ki, Rumıniya ilə birləşmək istəyən Moldova vətəndaşlarının bu arzusu tam legitimdir və Ruminiya dövləti, vətəndaşları da bu təşəbbüsü dəstəkləyir: 

Sənəddə qeyd olunur ki, 1918-ci il martın 27-də Bessarabiyanın ali qanunverici orqanı Rusiya İmperiyasının dağılması və 1-ci Dünya savaşı şərtlərində Rumıniya ilə birləşmək barədə qərar qəbul edib. Bu qərar 1920-ci il 28 oktyabr tarixli Paris sülh müqaviləsində tanınıb. Bəyannaməni Rumıniya Deputatlar Palatası və Senatı əksər səslə dəstəkləyib. Yalnız Rumıniya Macarlarının Demokratik İttifaqı əleyhinə olub.

Toplantıda Moldova parlamentinin nümayəndə heyəti də iştirak edib. Moldova parlamentinin sədri Adrian Kandu çıxışında bildirib ki, Moldovanı Avropaya aparan yolların və körpülərin inşası ancaq Rumıniyanın yardımı ilə mümkündür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam