Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Toylarına 4 gün qalmışdı:qız nişanlısını öldürdü - FOTO

 

Toylarına 4 gün qalmışdı:

 

 

 

İstanbulun Esenyurt rayonunda 8 ay öncə mübahisə etdiyi nişanlısı Ali Ayberk Kahvecini (23) bıçaqla öldürdüyü iddia edilən Ayşenur Yılmazın (23) 18 ilə qədər həbsi istənilib

Yenixeber.org:  Toylarına 4 gün qalmış nişanlısını öldürən şübhəli hakim qarşısına çıxıb.

Məhkəmədə ifadə verən Ayşenur: "Mən Ali Ayberki çox sevirdim. Xəyallarımız var idi. Öldürmək kimi bir niyyətim yox idi" deyib.

Ayşenur sonra ifadəsində "Olay günü də telefonda danışarkən qışqırdı. "Niyə telefona cavab vermirsən, baxmırsan" dedi. Mən də sakit olmağını istədim. Mənə dəfələrlə təhqiramiz sözlər dedi. Mən telefonu söndürdüm. Yenidən zəng etdi. Ancaq cavab vermədim. Mən ailəmlə yaşadığım evdəydim. Evdə sadəcə əmim qızı F.A. var idi. Ali bu evə gəldi. Mənə hücum edib, döydü. Əmim qızı F.A. araya girməyə çalışdı, amma bacarmadı. Mən o an mətbəxə qaçıb, oradan götürdüyüm bıçaqla o üzərimə gələndə vurdum" ifadələrini işlədib.

Xəstəxanaya çatdırılan Ali Ayberk Kahvecinin həyatını xilas etmək olmayıb. Ayşenurun qohumlarından biri xəstəxanadan evdə olan F.A-ya zəng edərək yerdəki və bıçaqdakı qanı təmizləməyini istəyib.

Məhkəmə F.A. barədə də "cinayətin izini itirmək və gizlətmək" əməllərinə görə 6 aydan 5 ilə qədər həbs tələbi irəli sürülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam