Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Avropa Birliyi Fövqəladə toplantıya qərar verdi

 

Mariupol olayları Qərbi hərəkətə gətirdi 

 

 "Xeberinfo.com":  Məlumata görə, “Agence France-Presse”in Brüsseldən verdiyi xəbərdə deyilir ki, Avropa Birliyi və NATO Rusiya qarşısında tələblə çıxış edib. Onlar rəsmi Moskvanı Ukraynanın şərqində separatçıları dəstəkləməkdən imtina etməyə çağırıblar. Qeyd olunur ki, bu gün Mariupolda 30-dan çox adamın öldürülməsindən sonra Brüsseldə Fövqəladə toplantı keçiriləcək. 
Agetlik yazır ki, Latviya rotasiya əsasında iyun ayına qədər (6 ay ərzində) Avropa Birliyinə rəhbərlik edəcək. Və bu ölkə vəziyyəti nəzərə alaraq gələn həftə üçün Fövqəladə toplantı çağırıb. 
Latviya xarici işlər naziri deyib ki, Rusiya böhranın sülh yolu ilə tənzimlənməsinə heç bir maraq göstərmir. Mariupolda baş verən faciəvi hadisə bu həqiqəti  bir daha ortaya qoydu. 
“Beynəlxalq ictimaiyyət kəskin şəkildə baş verən hadisələrə münasibət bildirməlidir, tərəddüd etmədən gərginliyin daha da dərinləşməsinə qarşı çıxmalıyıq”, nazir deyib. 
NATO-nun baş katibi Yens Stoltenberq Rusiyaya xəbərdarlıq edib: “Ukraynada gərginliyi artırmaqdan çəkinin. Beynəlxalq öhdəliklərə ehtiram göstərin”.
Baş katib deyib ki, artıq neçə aylardır ki, biz Rusiyanın Ukrayna ərazisinə soxulduğunun şahidiyik. Ancaq rəsmi Moskva bunu inkar edir. 
Özünü müstəqil elan etmiş Donetsk Respublikasının lideri Aleksandr Zakarçenko Kiyevin nəzarətində olan liman şəhərə hücum əmri verib. Həmin ərazi Rusiyanın işğal etdiyi Krıma çox yaxındır. 
Avrpa Birliyinin xarici məsələlər üzrə rəhbəri Federika Moqherini deyib ki, bu hadisə Avropa Birliyi ilə Rusiya arasında münasibətləri daha çıxılmaz hala gətirəcək. Rusiyaya açıq şəkildə müraciət edən Federika Moqherini deyib: “Mən sizə səslənirəm. Öz nüfuzunuzdan istifadə edərək separatçı liderlərə təsir edin. Onların hər hansı formada hərbi, siyasi və maliyyə fəaliyyətinə imkan verməyin. Əks halda bütün bunların hər bir tərəf üçün pis nəticələri olacaq”.
Agentlik xatırladır ki, Avropa Birliyi və ABŞ Ukrayna bohranına görə Rusiyaya iqtisadi sanksiyalar tətbiq edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam