Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Pakistan və Suriyada döyüşməkdə təqsirləndirilən azərbaycanlıdan məhkəməyəMÜRACİƏT

Pakistan və Suriyada döyüşməkdə təqsirləndirilən azərbaycanlıdan məhkəməyə

 

Suriya və Pakistanda qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə təqsirləndirilən Rövşən Qədirov, barəsində olan hökmdən apellyasiya şikayəti verib

 

Yenixeber.org: Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas oktybarın 16-na təyin edilib.

İşə hakim Mirzəli Abbasovun sədrliyi ilə baxılacaq.

İttiham aktına əsasən, Azərbaycanın Quba rayonunun sakini R.Qədirov qazanc üçün Türkiyəyə gedib. Orada İbrahim adlı Türkiyə vətəndaşı ilə tanış olub, o, R.Qədirova Pakistandakı proseslər, silahlı islamçı qrupların şəriətin müdafiəsi uğrunda fəaliyyəti və onların "müsəlmanlara zülm edənlərə" qarşı mübarizələri haqqında məlumat verib.

İbrahimin təsiri altında R.Qədirov 2009-cu ildə cihad üçün Pakistana gedib və "Yunus" ləqəbli komandirin rəhbərlik etdiyi "Türk camaatı"na qoşulub.

Amma sonradan onun digər mücahidlərlə fikir ayrılıqları yaranıb və 2010-cu ilin martında Türkiyəyə qayıdıb. 2011-ci ilin sentyabrında R.Qədirov yenidən cihadda iştirak etməyə qərar verib, bu dəfə Suriyaya yola düşüb. Amma 2012-ci ilin yanvarında yaralandıqdan sonra R.Qədirov Türkiyəyə qayıdıb.

O, bu il aprelin 17-də Azərbaycana gəlib və bir müddət sonra həbs olunub.

R.Qədirov ittihamları qəbul etməyib, Pakistanda, ümumiyyətlə, olmadığını, Suriyaya isə humanitar yardım aparmaq üçün getdiyini bildirib.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam