Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Şabranda qayınatasını döyən şəxsin apellyasiya şikayəti təmin edilməyib

 

 

Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Rüzgar Əsgərov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb

 

Yenixeber.org: Hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, R.Əsgərovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilməyib.

İttiham aktına əsasən, hadisə 2017-ci il yanvarın 12-dən 13-nə keçən gecə Şabran şəhəri, X.Rza küçəsində yerləşən evdə baş verib. R.Əsgərov sərxoş halda ailədaxili münasibətlərin pozulması səbəbindən ondan faktiki ayrılaraq son bir ildən artıq müddət ərzində atası evində yaşayan arvadı Turanə Abdullayevanı geri qaytarmaq istəyib. O, ailəsinin dağılmasında günahkar hesab etdiyi qayınatası Rahib Abdullayevdən qisas almaq məqsədilə yaşadığı Xızı rayonunun Giləzi qəsəbəsindən Şabran şəhəri, X.Rza küçəsində yerləşən evinə gedib. Evin həyətində aralarında baş vermiş mübahisə zamanı R.Əsgərov qayınatası R.Abdullayevi döyüb.

Daha sonra R.Əsgərov hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

O, məhkəmədə özünü təqsirli bildiyini deyib və əməlini etiraf edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Əsgərov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Təqsirləndirilən şəxs apellyasiya şikayətində barəsində çıxarılan hökmlə razılaşmadığını və ona təyin edilən cəzanın yüngülləşdirilməsini istəyib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam