Redaktor seçimi
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Günün xəbəri

Ukraynada səfərbərlik elan olundu

 

  "Xeberinfo.com": İyulun 22-də Ukrayna parlamenti prezident Pyotr Poroşenkonun ölkədə qismən səfərbərlik edilməsi barədə fərmanını təsdiqləyib. “Media forum” saytı xəbər verir ki, 232 deputatın təsdiqlədiyi fərman bütün Ukrayna üzrə ehtiyat qüvvələrin 45 gün ərzində orduya çağırılmasını nəzərdə tutur. Orduya 45 yaşınadək zabit və serjantlar, 40 yaşınadək sıravilər və 60 yaşınadək ali zabitlər çağırılır.
Bu ilin fevral-mart aylarında Rusiya Ukraynanın Krım yarımadasını hərbi qüvvə ilə işğal edərək özünə birləşdirib. Daha sonra cənub-şərq vilayətlərində Rusiyanın dəstəklədiyi separatçı hərbi-siyasi qüvvələr baş qaldırıb, Donetsk və Luqansk vilayətlərini müstəqil respublikalar elan edib.
İyunun 20-də Ukrayna prezidenti Pyotr Poroşenko Silahlı Qüvvələrə ölkənin ərazi bütövlüyünün müdafiəsi üçün qəti hücum əmri verib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam