Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Müharibəni hərbi yolla udmaq mümkün deyil”

 

      Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin aparıcı televiziyalarına müsahibə verib.

     "Xeberinfo.com": Media forum” saytının məlumatına görə, sentyabrın 21-də yayımlanan müsahibədə prezident Donbas bölgəsindəki müharibə üzərində daha çox dayanıb. Dövlət başçısı deyib ki, Ukrayna ordusunun ön xətdəki hərbi texnikasının 65 faizi məhv edilib və müdafiə olunmaq mümkünsüz hala gəlib. Pyotr Poroşenko hazırda vəziyyətin dəyişdiyini vurğulasa da, Donbasda yeni hərbi əməliyyatlara qarşı çıxıb: “Donbasda müharibəni hərbi yolla udmaq mümkün deyil, çünki Rusiya buna imkan verməz”.

     Ukrayna prezidenti ölkəsinin ən müasir kəşfiyyat, müşahidə, radar vasitələri aldığını qeyd edib və bildirib ki, indi əsas diqqət təmas xəttində güclü müdafiə xətti qurulmasına yönəlib.

    Pyotr Poroşenko mərkəzi hakimiyyətin hazırda separatçıların əlində olan bölgələrə maliyyə vəsaiti ayırmayacağını vurğulayıb: “Ukrayna yalnız sülhün bərqərar olduğu, Kiyev hakimiyyətinə bağlı və yerli özünüidarə orqanlarının legitim əsaslarla formalaşdığı əraziləri maliyyələşdirəcək”.

İyun ayından Ukrayna Silahlı Qüvvələri ölkənin ərazi bütövlüyü üçün qəti hücuma keçib. Minlərlə insan itkisinə başa gələn əməliyyatlarda Donetsk və Luqansk vilayətlərinin bir hissəsi azad edilib. 

    Sentyabrın 3-də Donbas bölgəsində atəşkəs elan olunub. Ötən həftə isə Ukrayna Ali Radası prezident Pyotr Poroşenkonun göndərdiyi layihəyə baxaraq Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarının xüsusi statusu haqda qanun layihəsini qəbul edib. Qanuna əsasən, üç il ərzində Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarında xüsusi yerli özünüidarəetmə qaydaları tətbiq olunur.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam