Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Ukraynada Ləyaqət və Azadlıq Bayramı elan olundu

 

1532335

   Ukrayna prezidenti Pyotr Poroşenko Avromaydan hadisələrinin ildönümü münasibətilə 21 noyabrı Ləyaqət və Azadlıq Bayramı elan edib.

     "Xeberinfo.com": Məlumata görə, fərmanı Poroşenko noyabrın 13-də imzalayıb.

     Poroşenko Ukraynanın ləyaqət və azadlıq ərazisi olduğunu deyib: “Bizi belə eləyən iki inqilab var – Azadlıq bayramı kimi qeyd etdiyimiz 2004-cü il Maydanı (Qərb meylli Viktor Yuşşenkonu hakimiyyətə gətirən hərəkat – red.) və 2013-cü ildə baş verən Ləyaqət inqilabı”.

     2013-cü il noyabrın 21-də Rusiyanın basqılarına dözməyən Ukrayna hökuməti Avropa Birliyi ilə geniş inteqrasiya sənədləri imzalanması prosesini dayandırıb. Bunun ardınca Ukrayna müxalifət davamlı etiraz aksiyalarına qalxıb, toqquşmalarda 100-dən çox adam ölüb. Bu il fevralın 22-də prezident Viktor Yanukoviç parlamentin qərarı ilə postundan uzaqlaşdırılıb.

    Hakimiyyət Qərb meylli qüvvələrin əlinə keçəndən sonra Rusiya Ukraynanın Krım yarımadasını hərbi qüvvə ilə işğal edərək özünə birləşdirib.

    Martın 21-də Ukraynanın yeni hakimiyyəti Avropa Birliyi ilə assosiasiya sazişinin siyasi bölümünü imzalayıb.

     Bunun ardınca Ukraynanın şərq vilayətlərində Rusiyanın dəstəklədiyi separatçı hərbi-siyasi qüvvələr baş qaldırıb, Donetsk və Luqansk vilayətlərini müstəqil respublikalar elan edib.

   Ukraynada mayın 25-də keçirilmiş prezident seçkisində qalib gələn Qərb meylli demokrat Poroşenko iyunun 27-də Avropa Birliyi ilə iqtisadi hissəsini imzalayıb.

İyun ayından Ukrayna Silahlı Qüvvələri hücuma keçərək Donetsk və Luqansk vilayətlərinin bir hissəsini azad edib. Son rəsmi məlumatlara görə, separatçılarla hökumət qüvvələri arasındakı toqquşmalarda 4000-dən çox adam həlak olub, azı 930 min nəfər yurdunu tərk edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam