Redaktor seçimi
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Günün xəbəri

“Rusiyanın bu layihəsi rəsmi olaraq iflasa uğradı”

 

“Ölkənin şərqindəki separatçılar ordu birliklərinə hücum edəcəyi halda hərbi vəziyyət elan ediləcək”.

 

"Xeberinfo.com":  Məlumata görə, publika.az “Unian.net” saytına istinadən xəbər verir ki, bu sözləri prezident seçilməsinin birinci ildönümü ilə bağlı hazırlanan “Poroşenkonun bir ili” proqramında çıxış edən Ukrayna prezidenti Pyotr Poroşenko deyib.

 

“Əgər atəşkəs pozulsa və separatçılar cəbhə xəttini keçərək Ukraynanın silahlı qüvvələrinə hücuma başlayarsa, həmin an ölkədə hərbi vəziyyətin elan edilməsi barədə qərar verəcəyəm”, - Poroşenko bildirib.

 

Ukrayna prezidenti ötən ilin avqust ayının ikinci yarısından başlayaraq ölkənin şərqində vəziyyətin tamamilə dəyişdiyini, tam təchizatlı və Qafqazda döyüş təcrübəsi olan minlərlə Rusiya hərbçisinin Ukrayna torpaqlarına girdiyini qeyd edib. Poroşenko bununla da hərbi əməliyyatların xarakterinin dəyişdiyini, Rusiyanın dəstəklədiyi separatçılarla döyüşün Rusiya ilə döyüşə çevrildiyini söyləyib.

 

Rusiyanın ilk mərhələdə Xarkov, Dnepropetrovsk, Donetsk, Luqansk, Zaporoje, Xerson, Nikolayev, Odessa və Krımı “Novorossiya” (Yeni Rusiya) çətiri altında birləşdirmək istədiyini deyən Poroşenko layihənin rəsmi olaraq iflas etdiyini dilə gətirib. Prezidentin sözlərinə görə, dil artıq dövləti parçalayan faktor olmaqdan çıxıb. O, ölkənin şərqində rus dilində danışanların 50 faizinin Ukraynanı müdafiə etdiyini deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam