Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Bu dəfə Ərdoğan həyatı itirə bilər” - ŞOK PROQNOZ

darbe-2

 

“Türkiyə növbəti hərbi çevrilişə hamilədir”.

Xeberinfo.com:  Bu proqnoz Mərkəzi Kəşfiyyat İdarəsinin mətbuatdakı qələmi kimi tanınan Maykl Rubinin “American Enterprise Institute” üçün yazdığı məqaləsində qeyd olunub.

Qeyd edək ki, vaxtilə ABŞ-ın sabiq prezidenti Corc Buşun müşaviri  olan Maykl Rubin 15 İyul çevrilişi barədə də 3 ay əvvəlcədən xəbər vermişdir və əksər proqnozları doğrulduğuna görə, o, informasiyalı şəxs, sözü ciddiyə alınan mənbə kimi tanınır.

Məqaləsində 15 İyulda bir yox, iki hərbi çevrilişin baş verdiyini yazan Rubinin fikrincə, çox naşıcasına hazırlanan bu təşəbbüs Ərdoğana düşmənlərini təmizləmə imkanı verib: “15 iyuldan sonra ikinci bir çevriliş yaşandı. Bu çevriliş Türkiyənin quruluşuna və demokratiyasına 15 iyuldan daha böyük zərər vurdu. Amma üçüncü çevriliş də gözlənilir. Üçüncü çevriliş daha qanlı ola və Ərdoğan bu gün apardığı təmizləmə əməliyyatlarının bədəlini öz həyatı bahasına ödəyə bilər”.

Müəllif 15 iyul çevriliş cəhdinin yalnız Fəthullah Gülən ardıcılları tərəfindən hazırlandığı fikriylə də razılaşmır: "Mənə görə, bəzi Gülən ardıcılları çevrilişə qatıldı və buna dair ön məlumatlar onsuz da mövcud idi. Ancaq çevriliş cəhdində eyni zamanda Kamalist zabitlər də iştirak etdi. Hətta AKP-yə yaxın bəzi ordu mənsublarının da prosesdə yer almaq ehtimalı mövcuddur”.

Dünən FETÖ-nün çevrilişdən sonrakı fəaliyyəti ilə bağlı yayılan kəşfiyyat məlumatları da M. Rubinin proqnozlarını qüvvətləndirir. Məlumata görə, Gülən camaatı həbsdəki ardıcıllarına, uzağı, 2 aya qədər azadlığa çaxacaqları barədə təskinlik verir və bütün tərəfdarları arasında Ərdoğana “qarğış seansları” keçirirlər.

Ekspertlər həmin faktı motivasiya yüksəldici amil kimi şərh etsələr də, Rubinin təbirincə, desək, bu, üçüncü çevrilişə hazırlıq tədbiri də ola bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam