Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

"ABŞ Güləni Türkiyəyə verməsə, iki ölkənin münasibətləri pozulacaq"

Numan

 Hazırda dövlət çevrilişinə cəhdlə bağlı 216 fərari əsgər var. Onlar və onlarla əlaqədə olanlar müxtəlif cinayətlərə əl ata bilərlər.

Xeberinfo.com:   Məlumata görə, bunu Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş "Habertürk" televiziyasına müsahibəsində deyib. Numan Kurtulmuş qeyd edib ki, bundan sonra baş verə biləcək təhlükəli proseslərin qarşısını almaq üçün ayıq-sayıq olmaq lazımdır.

"Dövlət də bütün strukturları ilə oyanıq bir vəziyyətdədir və bundan sonra baş verə biləcək hər bir təhlükəni sovuşdurmaq üçün hazır vəziyyətdədir. Bundan sonra bütün dövlət orqanlarını bu adamlardan təmizləyəcəyik" – deyə baş nazirin müavini bildirib.

O, bildirib ki, dövlətin çevriliş yolu ilə ələ keçiriləcək bir mexanizm olmaqdan çıxarılaraq, dövlətin xidmət ediləcək formasına çevrilməsi üçün demokratik islahatlar aparılmalıdır: "Bundan sonra nə edəcəyik? Görüləcək işlərdən biri dövlətin bütün strukturlarını bu adamlardan təmizləməkdir. Bu işlər uzun müddətə başa çatdırıla bilər. Lakin heç bir mərhəmət bəsləmədən FETÖ içində və kənarında, onunla bağlılığı olan hər kəsin bu hadisələrə görə hesab verməsi lazımdır".

Türkiyə hökumətinin rəsmisi qeyd edib ki, 16 iyul hadisələri cümhuriyyət tarixinin ən qaranlıq səhifələrindən biri olub və ölkə uçurumun kənarından dönüb. Lakin bununla belə, Numan Kurtulmuş dövlət çevrilişinə cəhd təşəbbüsünün bir daha təkrarlanacağına inanmadığını bildirib.

O, Fətullah Gülənin ABŞ-dan Türkiyəyə ekstradisiyası barədə də danışıb. Baş nazirin müavini qeyd edib ki, əgər ABŞ Güləni Türkiyəyə verməsə, böyük səhvə yol vermiş olacaq. Birləşmiş Ştatlar bununla Türkiyə-ABŞ münasibətlərini də zədələyə bilər.

"ABŞ Türkiyə ilə münasibətlərini davam etdirmək baxımından Fətullah Güləni Türkiyəyə verməlidir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam