Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Əsəd rejiminin tam cəzalandırılmasının əsas şərt olduğunu düşünürük" -Türkiyədən ABŞ-ın Suriyanı vurmasına açıq dəstək

Türkiyə hökumətinin sözçüsü Numan Kurtulmuş ABŞ-ın Suriya rejiminə aid aviabazaya raket zərbələri endirməsinə münasibət bildirib.

Yenixeber.org:  N. Kurtulmuş Türkiyədəki “Fox TV”yə müsahibəsində bu addımı müsbət qiymətləndirdiklərini deyib:

“ABŞ tərəfindən oradakı hərbi bazanın, yəni mülki şəxslərə atəş açıldığı, böyük ehtimalla kimyəvi silahlarla dinc sakinlərin bombalandığı o hərbi bazanın vurulması önəmlidir. Bunu müsbət qarşılayırıq. Amma beynəlxalq ictimaiyyət Əsəd rejiminin barbarlığına qarşı mövqeyini çox konkret şəkildə davam etdirməlidir – o vaxta qədər ki, Əsəd artıq xalqına zərər verə bilməyəcək hala gəlsin. Ona görə də, bu faktı müsbət qarşılayırıq, lakin bunun davamının gəlməsinİ və Əsəd rejiminin tam cəzalandırılmasının əsas şərt olduğunu düşünürük”.  

N. Kurtulmuş qeyd edib ki, belə davam edərsə, ABŞ, Rusiya və digər ölkələr toqquşma nöqtəsinə gələ bilər:

“Bizim lap əvvəldən söylədiyimiz bir məsələ var. Xalqına qarşı barbarlıq edənlərin qarşısı alınmalıdır. Müəyyən bölgələr, məsələn, “Fərat qalxanı” əməliyyatı ilə təmizlədiyimiz ərazi kimi bölgələr təhlükəsiz zona elan olunmalıdır. Suriya probleminin sürətlə həllinə aparıb çıxaracaq amillərdən biri məhz təhlükəsizlik zonasının yaradılmasıdır. Amerikalılar uzun müddət qərarsız qaldı. Bunun bölgəyə heç bir faydası olmadı və ABŞ-ın özünü də çıxılmaz duruma saldı”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam