Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ərdoğan Rusiyaya: “Suriyada nə işin var?”

erdogan-yeni1“Əgər qapımıza sığınıblarsa, başqa çarələri də yoxdursa, yenə Türkiyə qardaşlarımızı sərhəddən içəri buraxacaq”.

Xeberinfo.com:  Məlumata görə, bunu bugün Türkiyə prezidenti Receb Tayyip Ərdoğan Hələbdən qaçıb Türkiyə sərhədinə sığınan suriyalı qaçqınlarla bağlı deyib.

Ərdoğan Hələbdən 70 min adamın ev-eşiyini tərk edəcəyini, Türkiyənin buna göz yuma bilməyəcəyini bildirib: “Hələbin bir hissəsində rejim qüvvələri yolu kəsib, cənubdan şimala keçmək artıq mümkün deyil”.

Ərdoğan Türkiyənin də təhdid altında olduğunu bildirib: “Türkiyənin 911 kilometrlik sərhədi təhlükə altındadır. Əlbəttə, tədbir görəcəyik. Özümüzü müdafiə etmək üçün həmişə hazırlılı olmaq məcburiyyətindəyik. Həm də orda bizim soydaşlarımız da var”.

Ərdoğan Rusiyanın ünvanına bu sözləri də deyib: “Sənin Suriyada nə işin var? Demək ki, işğalçısan, dinc sakinləri öldürürsən”.

Türkiyə baş nazrinin müavini Numan Kurtulmuş isə Hələbdən Türkiyəyə 1 milyona yaxın qaçqının gələ biləcəyini bildirib.

Suriya ordusu Rusiya hərbi təyyarələrinin yardımı ilə fevralın 1-dən Hələbin şimalına hücuma keçib. Bundan sonra onlarla dinc sakin bomabrdman qurbanı olub, yüz minlərlə insan ev-eşiyindən didərgin düşüb. Türkiyə sərhədinə 30 mindən çox suriyalının sığındığı bildirilir. Onların arasında türkmənlər də var. (azadliq.org)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam