Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qara maskalılar deputatı gecə evindən apardı


 

Rusiyanın Sankt-Peterburq şəhərində yerli qanunverici orqanının hakim “Vahid Rusiya” partiyasından olan deputatı, Leninqrad vilayətinin “Sukanal” idarəsinin rəisi Sayad Əliyevin ofisində avqustun 8-də aparılan axtarışların təfərrüatları məlum olub.

Xeberinfo.com:   Virtualaz.org xəbər verir ki, İstintaq Komitəsinin müstəntiqlərinin SOBR xüsusi təyinatlı dəstəsinin qara maskalı döyüşçülərinin dəstəyi ilə apardıqları axtarış daha sonra deputatın mənzilində davam edib.

Müstəntiqlər və SOBR döyüçüləri gecədən xeyli keçmişə qədər mənzildə olublar. Daha sonra deputat Əliyevi ifadə vermək üçün özləri ilə Baş İstintaq İdarəsinə aparıblar. Bu gün isə günün ikinci yarısında deputatın şahid qismində dindirildiyini açıqlayaraq buraxıblar.

Əliyevin ofisində və evində aparılan axtarışa əsas kimi 2012-ci ilin yayında üç maddə-adam oğurluğu, quldurluq və hədə-qorxu ilə pul tələb etmə maddələri ilə qaldırılmış cinayət işinin istintaqı göstərilib. Zərərçəkən isə Kupçino rayonundakı “Starıy qorod” kafesinin sahibidir. Həmin ilin iyulunda naməlum şəxslər onu oğurlayıb və 1 milyon rubl verəndən sonra buraxıblar.

2015-ci ildə həmin cinayətə görə qruplaşmanın lideri Novruz Məmmədov, Elvin Əhmədov, İsrail Abdullayev, habelə adı açıqlanmayan digər iki fiqurant həbs olunub. “Fontanka.ru” yazır ki, onlardan biri Sayad Əliyevin adını çəkib. Hüquq-mühafizə orqanları isə deputat Sayad Əliyevin bu adam oğurluğundakı rolu haqda açıqlama vermir. Məlumata görə onun həmin hadisədə birbaşa iştirakını təxmin etməyə əsas yoxdur, bununla belə Əliyevin korrupsioner əlaqələri və adının bir sıra cinayətlərdə, sifarişli qətllərdə hallanması yeni deyil. Sankt-Peterburqdakı azərbaycanlı milyarder, diaspor lideri Vaqif Məmişov da Sayad Əliyevlə düşməndir və onun deputat mandatının alınmasına çağırıb. Sayad Əliyev özü isə evində və ofisində aparılan axtarışı “düşmənlərinin işi” adlandırıb, əlavə heç nə deməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam