Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Avropol: "İŞİD terrorçuların yeni nəslini hazırlayır"

Avropol: İŞİD terrorçuların yeni nəslini hazırlayır

Xeberinfo.com:  Burada söhbət Suriya və İraqdakı əcnəbi döyüşçülərin uşaqlarından gedir. Avropol "Quilliam Foundation" Araşdırmalar Mərkəzinin məlumatları əsasında qeyd edir ki, hazırda yaraqlıların işğal etdiyi ərazilərdə Böyük Britaniyadan olan 50-dən çox uşaq və təxminən 31 min hamilə qadın var.
Avropol terrorçuların yeni nəslini "xüsusi problem" kimi qələmə verir. Belə ki, İŞİD yaraqlıları əsasən uşaqlardan istifadə edir və erkən yaşda onlara ideoloji təlimlər təlqin edilir və uşaqların həssaslığı azaldılır. Onlar sonradan doğma ölkələrinə qayıdaraq terrorçulara yardım edə, yaraqlılar üçün vəsait toplaya, yeni üzvlərin yığılması işi və digər növ radikal fəaliyyətlə məşğul ola bilərlər.
"Onlar birbaşa təhlükə mənbəyidir və uzunmüddətli perspektivdə belə də qalacaqlar. Onların ideoloji təlimi Qərbə qarşı nifrət təlqin etməkdən və digər dövlətlərin hamısını qeyri-qanuni hesab etməkdən ibarətdir", - deyə "Quilliam Foundation" Araşdırmalar Mərkəzinin böyük elmi işçisi Nikita Malik bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam