Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“İŞİD Putini açıq şəkildə hədələyir”

 

     Rusiya isə Əsədi Amerikadan qorumağa çalışır

  "Xeberinfo.com": ABŞ Suriya ərazisindəki İŞİD-ə bağlı hədəflərə havadan ağır zərbələr endirir. Amerikanın keçirdiyi hərbi əməliyyatları Böyük Britaniya həmişə olduğu kimi alqışlarla qarşılayıb. Ancaq buna etiraz edənlər də var. Etiraz edənlər arasında Suriya Prezidenti Bəşər Əsədin yaxın müttəfiqi ”Hizbullah” lideri Seyyid Həsən Nəsrullah bildirib ki, onlar İŞİD-ə qarşı vuruşurlar. Ancaq Amerikanın terrorla müharibəyə mənəvi haqqı yoxdur…

Rusiya da bu hava hücumların himayə etmir. Rəsmi Moskvanın mövqeyinə görə ABŞ Suriyada keçirdiyi hərbi əməliyyatlara görə prezident Bəşir Əsəd hökumətinin rəsmi razılığın almalıdır. Bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Suriyanın qeyri-rəsmi müttəfiqi olan Rusiya təkidlə təkrar edir ki, bu məsələdə ABŞ Bəşər Əsədlə razılaşma əldə etməlidir. Rusiya prezidenti Vladimir Putin dünən BMT-nin baş katibi Ban Ki Munla görüşü zamanı bu məsələyə xüsusi önəm verdiyini bildirib.

Suriya məsələsinə bir neçə məqalə həsr edən qəzet yazır ki, ABŞ-la birlikdə hava zərbələri həyata keçirən Səudiyyə, Bəhreyn, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Qatar bu məsələ ilə bağlı susqunluq nümayiş etdirir. Qəzet ehtimal edir ki, bu sünni ölkələrin sünni terrorçulara qarşı qalxması xalq tərəfindən o qədər də rəğbətlə qarşılanmaya bilər….

Bir çoxları hesab edir ki, Suriyada həyata keçirilən hava zərbələri Bəşər Əsəd rejimini daha da gücləndirəcək. Buna baxmayaraq, Əsədə qarşı olan müxalifət liderləri, o cümlədən Suriya Müxalifət Koalisiyasına rəhbərlik edən Hadi əl-Bahra bu hücumları razılıqla qarşılayıb: “Biz çox şadıq ki, beynəlxalq birlik İŞİD-ə və ekstremizmə qarşı mübarizəmizə belə bir dəstək verdi”.

“The Washington Post” belə bir fonda Rusuyanın narahatlığının səbəbini “Россия в глобальной политике” jurnalının baş redaktoru Fedor Lukyanovun fikirləri ilə açıqlayır: “Geniş yayılmış belə bir şübhə var ki, ABŞ öncə İŞİD – ə hava zərbələri endirəcək, sonra isə həmin zərbələrə Suriya Ordusu hədəf olacaq”.

Qəzet qeyd edir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən həftə Parisdə Qərb ölkələrinə xatırlatmışdı ki, “ərəb baharı”ndan sonra terrorun artacağı barədə Rusiya vaxtında xəbərdarlıq etmişdi.

“Lavrovun nəzəriyyəsinə görə İŞİD əslində Amerikanın Yaxın Şərqdə uzun illər ərzində yeritdiyi siyasətin nəticəsi olaraq ortaya çıxıb. Bu fakt bir daha ona dəlalət edir ki, Qərb terrorçulara yanaşmada “yaxşı” və “pis” terrorçu yanaşmasından imtina etməlidir, o cümlədən Suriyada Əsədə qarşı vuruşan terrorçulardan da uzaq olmalıdır ”, məqalədə deyilir. 2011-ci ildə NATO Liviya diktatoru Müəmmər Qəddafini devirmək məqsədi ilə yerli üsyançılara kömək edəndə Rusiya bunu təəccüb və etirazla qarşılamışdı. İndi isə Liviyada bir-birinə düşmən kəsilmiş tərəflər arasında savaş gedir. Bütün bunlar Rusiyanın baxışına görə Amerikanın yeritdiyi səhv siyasətindən xəbər verir.

Rusiya mediasında İŞİD haqqında sıx-sıx material gedir, buna baxmayaraq ictimaiyyət Amerikadakından fərqli olaraq bu terrorçu təşkilata qarşı qəti tədbirlərin görülməsi tələbini o qədər də kəsin şəkildə hökumətin qarşısında qoymur.

“Ancaq islam fundamentalistləri açıq şəkildə Putini hədələyirlər. Bildirirlər ki, Çeçenistanın və Qafqazın azad olmasına nail olacaqlar. Ona görə də Rusiya sürətlə təsir dairəsini genişləndirən İŞİD-i durdurmaqda maraqlıdır”, “The Washington Post” bildirir.

Qəzetin qənaətinə görə Rusiya vasitəçi kimi ABŞ-la Suriya arasında anlaşmanın əldə olunmasında o qədər də böyük şansa malik deyil. Ancaq Rusiya onu da unutmamalıdır ki, İŞİD-in çiçəklənməsi bu ölkəyə yaxşı heç nə vəd etmir. Bəlkə də ABŞ-la Suriya arasında qeyri-rəsmi şəkildə bu məsələyə görə vasitəçi olmaq daha yaxşıdır. Amerikaya isə imkan vermək lazımdır ki, terrorçuların məhvi üçün hava zərbələrini gücləndirsin. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam