Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

YEREVANDA SİLAHLI QİYAM! – 1 polkovnik öldürüldü - FOTOLAR+VİDEO

151836_res_01

 

Girovlar arasında polis general mayoru da var.

Xeberinfo.com:  Ermənistanda polis idarəsinə edilən hücum nəticəsində öldürülən polis əməkdaşı polkovnik Artur Vanoyandır.

ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan polisinin rəis müavini Hunan Poqosyan məlumat verib. Onun sözlərinə görə, polis polkovniki Aram Hovanesyan, podpolkovnik Hraç Xosteqyan və praporşik Qaqik Mkrtçyan isə güllə yarası alıblar.

***

“Silahlı şəxslər Yerevanda Ermənistan polisinin yeddi əməkdaşını girovluqda saxlayır”

“Report” xəbər verir ki, bunu erməni parlamentinin müxalifətdən olan deputatı, qiyamçıların ələ keçirdiyi post-patrul xidmətinə baş çəkmiş Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, girovlar arasında polis rəisinin müavini, general-mayor Vartan Eqiazaryan da var. Qiyamçılar daha bir polisi səhhətində problemin olması səbəbilə girovluqdan buraxıblar.
“Silahlı dəstə Jirayr Sefilyanın azadlığa buraxılmasını, Ermənistan prezidenti Serj Sarkisyanın istefaya getməsini və hakimiyyəti xalqa təhvil verlməsini tələb edir”, – deyə deputat qeyd edib.
Deputat vurğulayıb ki, qiyamçılar onlara qarşı hər hansı hücum əməliyyatına cavab olaraq sonadək mübarizə aparmağa kökləniblər.

Yerevanın Erebuni rayonunda silahlılar tərəfindən ələ keçirilən polis binasına yaxınlaşan vətəndaşlar həbs olunurlar.Erməni KİV-i xəbər verir ki, həbslər həmçinin Yerevanın digər rayonlarında, Gümri, Kirovakan və digər şəhərlərdə də aparılır. Bir sıra siyasi fəallar və müxalif qüvvələrin tərəfdarları tutulub.Gümridə “Asparez” qəzetinin baş redaktoru, hüquq müdafiəçisi Levon Barseqyan, Kirovakanda isə “Yeni Ermənistan” təşkilatının üzvü Asmik Evoyan atası ilə birgə saxlanılıb.

Hakim partiyanın deputatı Levon Martirosyan bildirib ki, ölkə prezidenti Serj Sarkisyan terrorçulara güzəştə getməyəcək və istefa verməyəcək.

*****

8

“Yeni Ermənistan” İctimai Xilas Fondunun silahlı üzvlərinin Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını ələ keçirən zaman 1 polis əməkdaşı öldürülüb, 2 polis əməkdaşı yaralanıb.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Silahlı şəxslər polis əməkdaşlarını girov götürüblər. Aparılan əməliyyat zamanı 2 girov azad edilib.

Əməliyyatın detalları barədə hələ ki, geniş məlumat verilmir.

Ermənistan parlamentinin deputatı Nikol Paşinyan isə TASS agentliyinə açıqlamasında deyib ki, hazırda silahlı şəxslər Ermənistan Polisinin rəis müavini, general-mayor Vartan Eqizaryan daxil olmaqla, 7 polis əməkdaşını girov saxlayır.

***

Ermənistanda bu gün baş verən silahlı hadisələr haqqında yeni informasiyalar daxil olmaqda davam edir.Musavat.com-un məlumatına görə, polis qüvvələri İrəvanın Erebunu rayonuna gedən yolları mühafizə altına alıb. Jurnalistlərə çəkiliş aparmağa imkan verilmir.

Ermənistan Polisinin ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Aşot Aqranyan ermənicə Azadlıq radiosuna xüsusi bəyanat veriləcəyini demişdi.

Ermənistan KİV-lərində və sosial şəbəkələrdə İrəvanda silahlı üsyan haqqında məlmatlar yayılıb. Bundan bir qədər sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti bu xəbərlərin doğru olmadığı barədə bəyanat verib və dövlət orqanlarının adi rejimdə işləməkdə davam etdiyini bildirib.

Bundan əvvəl Feysbook da “Müəssislər Parlamenti” üzvü Varuyan Avetisyan yazıb ki, “Sasnadzerer” təşkilatı silahlı üsyana başlayıb və bir sıra polis məntəqələrini ələ keçirib.

O cümlədən, Polis İdarəsənin rəis müavinləri Yeqizaryan və Valeri Osipyan girov götürülüb.

Son məlumata görə, Erebuni rayonunda polis idarəsinin yaxınlığında bütün əhalini evakuasiya edirlər.

Hazırda polis, daxili qoşunlar və xüsusi təyinatlıların böyük qüvvələri əməliyyata cəlb olunub.

Hadisə yerinə ağır zirehli texnika gətirlib.

Bütün bunlar böyük əməliyyatın başlanğıcından xəbər verir.

****

 

944Ermənistan KİV-lərində və sosial şəbəkələrdə İrəvanda silahlı üsyan haqqında məlmatlar yayılıb.  Musavat.com-un məlumatına görə, bundan bir qədər sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti bu xəbərlərin doğru olmadığı barədə bəyanat yayıb və dövlət orqanlarının adi rejimdə işləməkdə davam etdiyini bildirib.
Lakin bəyanatda etiraf edilir ki, bir qrup silahlı şəxs bu gün səhər  Ermənistan polisinin komendant polku ərazisinə daxil olublar və silah təhdidi ilə oradakı şəxsləri həbs ediblər.
Bəyanatda təsdiq edilir ki, komendantlığı ələ keçirənlərlə danışıqlar aparılır. Eyni zamanda sosial şəbəkələrdə üsyançılar kimi təqdim olunan silahlı şəxslərin digər dövlət obyektlərini də ələ keçirməsi haqqında informasiyalar yayılmaqda davam edir.
Təhlükəsizlik xidməti bu və hər hansı digər belə hərəkətlərin ən ağır şəkildə cəzalandırılacağı barədə xəbərdarlıq edib.
c1
Bir qrup silahlı şəxs tərəfindən İrəvanda Daxili Qoşunlar və polis binasının ələ keçirilməsi zamanı bir nəfər ölüb, daha bir necə nəfər yaralanıb.
Trend-n İnterfaks agentliyinə istinadən verdiyi xəbər görə, xəsarət alanların şəxsiyyəti barədə məlumat verilmir.
c2
Bir qrup silahlı şəxs İrəvan şəhərində yerləşən Daxili Qoşunların və polis binasını ələ keçirib.
Onlar müxalif “Təsis parlamenti” vətəndaş təşəbbüsünün əlaqələndiricisini Jirayr Sefilyanı azadlığa buraxılmasını tələb edirlər.
Trend-n İnterfaks agentliyinə istinadən xəbər görə, hadisə yerinə əlavə qoşun göndərilib.
c3
c4
c5
059

Yerevanda bir qrup silahlı şəxs polis binasını ələ keçirib

Bir qrup silahlı şəxsin Ermənistanın paytaxtı Yerevan yaxınlığındakı Erebuni rayonunda polis binasına hücumu zamanı bir nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb. “Report” xarici mətbuata istinadən xəbər verir ki, hələlik xəsarət alanların şəxsiyyəti barədə məlumat verilmir.

İlkin məlumatlara görə, hücum edənlər polis rəisinin müavini Valeri Osipyanı girov götürüblər.

“Təsis parlamenti” təşkilatının sədr müavini Varujan Avetisyan “silahlı üsyanın başlanması”nı elan edib. Silahlılar Serj Sarkisyanın istefasını tələb edirlər.

Qeyd edək ki, Erebunidəki Patrul-mühafizə polkuna hücum edənlər “Yeni Ermənistan” İctimai Xilas Fondunun lideri Jirayr Sefilyanın tərəfdarlarıdır. Onlar J. Sefilyanın azad edilməsini, Ermənistan hakimiyyətinin istefa verməsini tələb edirlər.

yerev

yerevan

***

Yerevanda bir qrup silahlı şəxs polis bölməsinin binasını ələ keçirib. “Report” xarici mətbuata istinadən xəbər verir ki, hadisə Erebuni rayonunda baş verib.

Silahlılar qanunsuz silah əldə etməkdə və saxlamaqda ittiham edilərək həbs olunmuş müxalif “Yeni Ermənistan” ictimai təşkilatının rəhbəri Jirayr Sefilyanın azad edilməsini tələb edirlər.

Silahlıların ələ keçirdiyi binanın azad edilməsi məqsədilə qoşun göndərilib. Polisin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib ki, yaxın vaxtlarda polisi rəsmi bəyanatla çıxış edəcək.

Hazırda polis Erebuni rayonuna gedən bütün yolları bağlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam