Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Yerevanda gərginlik davam edir

Yerevanda gərginlik davam edir

 

 

Ermənistanın paytaxtı Yerevanda patrul-mühafizə polkunun binasını ələ keçirən silahlılar bu gün bir polis əməkdaşını azad ediblər.
Xeberinfo.com:   Novator.az-ın məlumatına görə, basqınçılardan Varujan Avetisyan deyib ki, onlar polis əməkdaşını həbsdə olan müxalifətçi Jirayr Sefilyanın təklifi ilə buraxıblar.
İyulun 17-nə keçən gecə patrul-mühafizə polkuna basqın edən silahlılar polis əməkdaşlarını girov götürüb. Onlar radikal müxalifətçi Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb edirlər. Basqın zamanı bir polis əməkdaşı həlak olub, dördü yaralanıb. İyulun 17-də silahlılar qan təzyiqi qalxan bir polis əməkdaşını azadlığa buraxıblar. İki girovun isə xüsusi əməliyyatla qurtarıldığı bəyan edilib.
“Yeni Ermənistan” və “Müəssislər parlamenti” hərəkatlarının lideri olan Jirayr Sefilyan ötən ayın 20-də tutulub, qanunsuz silah saxlamaqda ittiham olunur. İyulun 17-də silahlılardan Pavel Manukyan onunla telefon əlaqəsi saxlayıb. Jirayr Sefilyan Pavel Manukyana deyib ki, polisə hücum çəkmiş şəxslər bundan sonrakı addımlarına özləri qərar verməlidir.
Hazırda basqınçıların əlində 5 polis əməkdaşı var. Ermənistan Polisinin rəis müavini Vardan Yeqizaryanın və Yerevan polisinin rəis müavini Valeri Osipyanın da girovlar arasında olduğu bildirilir.
Jirayr Sefilyan 1967-ci ildə Livanın paytaxtı Beyrutda doğulub. Daşnaksütün Partiyasının Livan təşkilatının fəallardan olan Jirayr Sefilyan 1990-cı ildə hərbi təlimçi kimi Ermənistana göndərilib. 1991-ci ildə Dağlıq Qarabağa gəlib və Azərbaycan torpaqlarını işğalında iştirak edib. Şuşanın işğalından sonra bu şəhərdə yaradılmış xüsusi batalyonun komandiri olub. Uzun müddət Dağlıq Qarabağdakı işğalçı orduda yüksək vəzifələr tutub.
2000-ci ildən siyasi fəaliyyətlə məşğul olan Jirayr Sefilyan radikal müxalif mövqedə durur və buna görə bir neçə dəfə həbs edilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam