Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

"Aprel döyüşlərini hələ də unutmamışıq" - VİDEO

 

 

Ermənistan prezidenti Serj Sarkisyan İrəvanda polis bölməsini tutan cinayətkar qruplaşmanı silahı yerə qoymağa çağırıb. 

Xeberinfo.com:  Azvision.az xəbər verir ki, bu barədə Sarkisyan hüquq-mühafizə orqanlarının rəhbərləri ilə keçirdiyi görüşdə bildirib. 

“Biz indiyə qədər səbrlə davranmışıq və bundan sonra da belə davranacağıq. Hər bir vətəndaşın həyatı və sağlamlığı bizim üçün önəmlidir”, - deyə Sarkisyan söyləyib.

O, vurğulayıb ki, Ermənistanda hakimiyyətdən narazı olan xeyli sayda insan var: “Lakin heç kim səhvən anlamasın ki, bu və ya digər səbəbdən bizim dövlətçiliyimizin əsaslarını sarsıda bilər. Silahlılar silahını yerə qoymalıdır. Şəxsi zəmində baş verən hadisələrin qarşısı qanuni yolla alınacaq. Hesab edirəm ki, bu vəziyyət həddən artıq vaxt aparıb”.

Sarkisyan çıxışı zamanı aprel döyüşlərinin hələ də unudulmadığını diqqətə çatdırıb: “Aprel döyüşlərindən xeyli vaxt keçməyib ki, bizim cəmiyyətimiz baş verənləri unutsun. Ermənistanda məsələlər yalnız güc yolu ilə həll oluna bilməz”. 

Xatırladaq ki, iyulun 17-də bir qrup silahlı şəxs İrəvan ətrafındakı Erebuni rayonunda polis şöbəsinin binasını ələ keçirib. Onlar polis tərəfindən saxlanılmış radikal müxalifətçi Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb edirlər. Hadisə zamanı bir polis ölüb, 3-ü yaralanıb.

Girov saxlanılan şəxslər arasında Ermənistan polisinin rəis müavini general-mayor Vardan Yegiazaryan və İrəvan polisinin rəis müavini polkovnik Valeri Osipyan da var.





Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam