Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Avropa İttifaqı Ermənistanın “atom bombasını” araşdıracaq

federika

Federika Mogerini: “Mən bunu yoxlayacağam”.

Xeberinfo.com:  Avropa İttifaqı Ermənistanın yüksək vəzifəli şəxslərinin bu ölkənin nüvə silahına malik olması barədə bəyanatlarını araşdıracaq.Bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

Ermənistan Azərbaycanı yenə nüvə silahı ilə hədələdi
“Mən bunu yoxlamalıyam. Bizim nüvə silahının yayılmaması ilə bağlı mövqeyimizi bilirsiniz. Bizim yanaşmamızı bilirsiniz, bu aydındır. Amma mən bunu yoxlayacağam”. Bunu bu gün keçirdiyi brifinqdə Aİ diplomatiyasının rəhbəri Federika Mogerininin rəsmi nümayəndəsi Mayya Kosyanoviç deyib.

Avropa diplomatiyasının rəhbəri Ermənistanın keçmiş baş naziri, deputat Qrant Baqratyanın İrəvanın nüvə silahına malik olması ilə bağlı bəyanatı şərh edib.
Ermənistanın sabiq baş naziri, deputat Qrant Baqratyan mətbuat konfransında Ermənistanın nüvə silahı olduğunu demişdi. Baqratyan bildirib ki, ancaq nüvə silahı ilə Ermənistanın və Dağlıq Qarabağın təhlükəsizliyini təminat altına almaq mümkündür.
Baqratyan öz növbəsində bu barədə nəsə əlavə izahat vermək niyyətində olmadığını bildirib: “Bizim atom silahı əldə etmək imkanımız var”. Az sonra isə o dediklərini redaktə ediv və “Bizim atom silahımız var” deyə qeyd edib.
Xarici İşlər Nazirliyindən (XİN) bildirib ki, Azərbaycan tərəfi beynəlxalq ictimaiyyəti Ermənistandan irəli gələn nüvə təhlükəsi və nüvə terroru təhdidləri barədə daimi olaraq məlumatlandırır və xəbərdar edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam