Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Daşnaksütun” da Azərbaycanı nüvə silahı ilə hədələyir

Xeberinfo.com:  “Qrant Baqratyan belə bir şey deyirsə, nə dediyini bilir, ağıllı adamdır, baş nazir olub. Onun belə bəyanat verməyə əsası var, biz atom energetikasını inkişaf etdirən bir ölkəyik, başqa bir şey deməyəcəyəm, bu hərbi sirrdir”, - 1in.am saytı bildirir ki, bunu “Daşnaksütun” Erməni İnqilabi Federasiyasının parlament fraksiyasının rəhbəri Armen Rustamyan deyib.

Virtualaz.org mənbəyə istinadən xəbər verir ki, daşnakların lideri keçmiş baş nazirin söylədiklərinin üstünü ört-basdır etməyə çalışan erməni ictimai və dövlət xadimlərini tənqid edərək Ermənistanın radioaktiv silah istehsalını davam etdirəcəyini iddia edib. “Kim deyir ki. bizə qadağan edəcəklər və kim deyir ki, biz silah istehsal etmirik?” – A.Rustamyan qətiyyətlə deyib.

Qeyd edək ki, son vaxtlar Ermənistan vətəndaşlarının Gürcüstanda böyük həcmdə uran və digər nüvə materiallarının keçirmə cəhdləri ilə bağlı hallar artıb. Aprelin 18-də Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti üç Ermənistan və üç Gürcüstan vətəndaşını kütləvi qırğın nüvə silahının hazırlanmasında istifadə oluna bilən nüvə materialının qeyri-qanuni satışı cəhdinə görə saxlayıb.

Ötən ayın sonlarında Ermənistanın keçmiş baş naziri, deputat Qrant Baqratyan açıq şəkildə bildirib ki. Ermənistanın nüvə silahı var və onu “Ermənistanın iki qonşusunun sonrakı hücumlarından və təcavüzündən müdafiəsi üçün yeganə vasitə” adlandırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam