Redaktor seçimi
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Günün xəbəri

Türkmənlər Rusiya-Əsəd-İran ittifaqının qətliamı qarşısında- VİDEO+FOTO

Suriyada bir neçə gündür hücumlara məruz qalan Türkmən dağı müqavimətini davam etdirir.

Xeberinfo.com:   Məlumata görə, 15 gündür Bayır Bucaq bölgəsinə hücum edən Rusiya, Əsəd və İran qüvvələri türkmənlərin yaşadığı bölgədə nəzarəti ələ keçirməyə çalışır. Bununla da 25 min türkmən qətliyam təhlükəsi ilə üz-üzə qalıb.

Türkmən dağı uğrunda döyüşən Sultan Abdulhəmid briqadasının  komandiri Ömər Abdullah, dəhşətli hücumla qarşı-qarşıya olduqlarını, Türkiyədən dəstək gözlədiklərini bildirib.

Türkmənlərin yaşadığı bölgəyə istiqamətli hücumlar davam edərkən, Böyük Birlik Partiyası (BBP) başqan köməkçisi Kapitan Qartalın başçılıq etdiyi heyət Bayır Bucaq Bölgəsinə keçib. O, Türkmən dağı uğrunda mübarizə aparan türkmənlərə dəstək olacaqlarını bildirib: “Bu yoldaşlarımız qoca Türkiyə Respublikasından dəstək gözləyir. Türk millətinin duaları əminəm ki, sizinlədir. Yoldaşlarımızı burada 3-5 çapulcuya yem etməməmiz lazımdır. Mən gəldim və burada onlarla bərabərəm. Lazım olsa şəhadət şərbətini onlarla birlikdə içəcəyəm”.

Sultan Abdulhəmid briqadası komandiri Ömər Abdullah 4 ildir bölgədə mübarizələrinin davam etdiyini xatırladıb:

“Əcdadlarımızın bizə əmanət etdiyi torpaqları qorumağa çalışırıq.  Halımızdan küsmürük. Osmanlının nəvəsi, onların əmanətiyik bu torpaqlarda. Hal-hazırda Rusiya təyyarələrinin bombardmanı altındayıq. İran və Livandan gələnqüvvələr də onlara dəstək verir. İnşallah, bizə  əmanət torpaqlarda son damla qanımıza qədər mübarizəyə davam edəcək, bu torpaqları tərk etməyəcəyik. Türkmən dağının hər yerində varıq. Türk bayrağı burada qürurla dalğalanır “.

Ömər Abdullah baş verənlərə Türkiyənin səssizliyini anlamadılqarını bildirib:

“Biz Türkiyə sərhədinin bir addımlığındayıq. İran, Rusiya min kilometrlərlə uzaqdan gəlib bizimlə döyüşür. Biz də Türkiyədən, türk qardaşlarımızdan dəstək gözləyirik. Misket bombaları başımıza yağır. Bizim kimsemiz yoxdur. Hər cür dəstəyə ehtiyacımız var. Bu bombardmanlara can dayanmaz. Bura ikinci Çanaqqaladır. Türkiyənin niyə bizi yalnız buraxdığını anlaya blmirik”.

turkmen-suriya1


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam