Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İraq türkmənləri silahlanır

 

      "Xeberinfo.com":  İraq türkmənləri ölkənin türkmənlər yaşayan şəhərlərinin "İraq və Şam İslam Dövləti" (İŞİD) terrorçularının əlinə keçməsindən sonra silahlanmaq qərarına gəliblər. Məlumata görə, bu barədə Anadolu agentliyinə verdiyi açıqlamada Türkmən Xalq Cəbhəsinin rəhbəri Erşad Salihi bildirib.

Salihi türkmənlərin terrorçulara qarşı silahlanmaq və özlərini müdafiə etmək məcburiyyətində olduğunu deyib.

İyunun 11-də İraqın Türkmən Xalq Cəbhəsinin rəhbəri Erşad Salihi İraq türkmənlərinin müdafiə olunması çağırışı ilə Türkiyəyə müraciət etmişdi.

Salihi İraq hökumətinin ölkədəki bütün millətlərdən olan vətəndaşlara dəstək göstərməsini, lakin təkcə iraqlı türkmənlərin bu dəstəkdən məhrum olduğunu bildirmişdi.

İraq türkmənləri ölkə əhalisinin 11 faizini təşkil edirlər.
Dünən "İraq və Şam İslam Dövləti" (İŞİD) ölkənin türkmənlər yaşayan Telafer şəhərində nəzarəti tam olaraq ələ keçirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam