Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

1 dollarla dünyanın bütün ölkələrini gəzdi

Andre Brugiroux səyahətçilər arasında əfsanəvi şəxsiyyət kimi tanınır. Fransada anadan olan bu macəraçı həyatını dünyanı kəşf etməyə və mədəniyyətlərarası əlaqələr yaratmağa həsr etmiş səyyahdır.

Yenixeber.org bildirir ki, Andrenin səyahət həvəsi 1955-ci ildə, 17 yaşında olarkən yay tətili üçün Şotlandiyaya getdiyi zaman başlayıb. Bu təcrübə ona dünyanı araşdırmağın nə qədər böyük və dəyərli olduğunu göstərib. Parisdə otel idarəçiliyi məktəbində təhsil aldıqdan sonra müxtəlif işlərdə çalışıb, zaman tapdıqca Avropaya səyahət etməyə başlayıb. Bununla belə, Brugirouxun əsl səyyah ömrü 1959-cu ildə başlayıb, 18 il ərzində bütün dünyanı gəzib-dolaşıb.

1959-cu ildə cibində cəmi 1 dollarla yola çıxan Brugiroux dünyanı avtostopla gəzib, yerli insanlarla görüşüb və müxtəlif işlərdə çalışıb. Onun məqsədi mümkün qədər az pul xərcləyərək və yerli əhali arasında yaşayaraq, dünyanı araşdırmaq idi. Bu səyahət zamanı o, 400.000 kilometrdən çox yol qət edib və 135 ölkəni ziyarət edib.

Brugirouxun səyahəti təkcə xoş xatirələrlə deyil, həm də bir çox çətinliklər və təhlükələrlə dolu olub. O, dəfələrlə aclıq, xəstəlik və təhlükəli vəziyyətlərlə üzləşib. Lakin hər dəfə öz qətiyyəti ilə bu çətinliklərin öhdəsindən gəlib. Səyahətləri zamanı o, dəfələrlə həbs edilib, döyüş bölgələrində ilişib qalıb. Amma bütün bu çətinliklərə baxmayaraq, onun səyahət həvəsi heç vaxt azalmayıb.

Andre Brugiroux təcrübələrini və qarşılaşdığı insanları təsvir edən bir çox sayda kitab yazıb. Onun ən məşhur əsərlərindən biri olan "La Terre n'est qu'un seul pays" (Dünya bir ölkədir) səyahətləri zamanı təcrübələrinin və fəlsəfəsinin əksidir. Bu kitabda o, dünyadakı insanların əslində nə qədər oxşar olduğunu və mədəni fərqliliklərdən kənarda ortaq bir bəşəriyyət bağının olduğunu vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam